ƏMİR SULTAN KOMPLEKSİ – Bursa ş.-nin ş. hissәsindә yerlәşәn tarixi tikililәr. Kompleksin özәyini tәşkil edәn tәkyәnin kübrәviyyә tәriqәtinin şeyxi Əmir Sultanın (Şәmsәddin Mәhәmmәd bin Əli әl-Buxari) Bursaya gәlmәsindәn (15 әsrin 1-ci yarısı) az sonra xanımı – İldırım Bәyazidin qızı Hundi Fatma Xatun tәrәfindәn inşa edildiyi ehtimal olunur. Kompleks mәscid (bir neçә dәfә tәmir edilmiş, 1795 il zәlzәlәsindә tamamilә dağılmış, 1804 – 05 illәrdә III Sәlim tәrәfindәn yenidәn qurulmuşdur; 1 qübbәlidir; mәscidin içәrisindәki bütün memarlıq işlәri vә ornament rәsmlәrindә Osmanlı barokko üslubunun tәsiri görünür; c. vә q. tәrәflәrindә müxtәlif tarixlәrdә tikilmiş 4 çeşmә yerlәşir), tәkyә (dağılmış vәziyyәtdәdir) bölmәlәri, imarәt, hamam, mәktәb, mәdrәsә vә türbәdәn (1845 vә 1868 illәrdә yenidәn qurulmuşdur; 8 bucaqlı prizma şәklindә olan türbәnin qurğuşunörtüklü qübbәsi var) ibarәtdir. Bursanın әn böyük mәzarlığı burada olmuşdur. Mәscid, türbә, hamam vә çeşmәlәr yenidәn bәrpa edilmişdir.
Ямир Султан комплексиндя мясъид. Бурса (Тцркийя).