ƏMİRASLANOV Azәr Əhliman oğlu (d. 7.6.1974, Bakı) – Azәrb. onkoloqu. Tibb e.d. (2007), prof. (2012). Ə.T.Əmiraslanovun oğlu. Azәrb. Tibb Un-tini bitirmişdir (1997). 1997 ildәn hәmin un-tin onkologiya kafedrasında işlәyir. Tәdqiqatları, әsasәn, onkoloji xәstәlәrdә iri oynaqların vә sümüklәrin endoprotezlәşdirilmәsi probleminin öyrәnilmәsinә aiddir. Azәrb.-da ilk dәfә olaraq tibb un-ti tәlәbәlәri üçün rәngli-illüstrasiyalı dәrslik (“Baş-boyun şişlәri”, B., 2012; N.Əmirәliyevlә birlikdә) tәrtib etmişdir. 120-dәn çox elmi әsәrin müәllifidir.
Ə s ә r i: Сберегательно-восстановительные операции первичных опухолей костей плечевого пояса (V.A.Sokolovski ilә birgә). М., 2005.