ƏMİRASLANOV Əhliman Tapdıq oğlu (d. 17.11.1947, Erm. SSR, Basarkeçәr r-nunun Zod k.) – Azәrb. tibb alimi, cәrrah-onkoloq. Tibb e.d. (1984), prof.
(1990), AMEA-nın akad. (2001). Rusiya Tibb EA әcnәbi üz vü (2001), Rusiya EA әcnәbi üzvü (2014), Polşa Tibb EA-nın akad. (1999). SSRİ Dövlәt mükafatı laureatı (1986), Azәrb. Resp. әmәkdar elm xadimi (1991), Dağıstan Resp. Əmәkdar elm xadimi (2017). 2007 ildәn AMEA Biologiya vә Tibb Elmlәri Bölmәsinin akad.-katibidir. Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1971). 1971–74 illәrdә Bakı ş.-ndә onkoloji klinikada cәrrah-onkoloq, cәrrahiyyә şöbәsinin müdiri işlәmiş, 1974–92 illәrdә SSRİ Tibb EA Ümumittifaq Onkoloji Elmi Mәrkәzindә kiçik elmi işçi, böyük elmi işçi vә prof. kimi çalışmışdır. Ə. 1992–2015 illәrdә Azәrb. Tibb Un-tinin rektoru olmuş, hәmçinin 1993 ildәn hәmin un-tin onkologiya kafedrasının müdiri, 2007 ildәn Onkoloji Klinikanın direktorudur. Ə. Moskvada işlәdiyi illәrdә “Dayaqhәrәkәt aparatı şişlәri olan xәstәlәrin reabilitasiyası vә müalicәsi” sahәsindә әldә etdiyi nailiyyәtlәrә görә dәfәlәrlә SSRİ Xalq Tәsәrrüfatı Nailiyyәtlәri Sәrgisinin qızıl medalları ilә tәltif edilmişdir. 1985 ildә SSRİ Tibb EA-nın akad. N.N.Petrov ad. mükafatına, 2007 ildә Rusiya Tibb EA-nın akad. N.N.Bloxin ad. qızıl medalına layiq görülmüşdür. Dayaq-hәrәkәt aparatı orqanlarının, süd vәzinin vә bir sıra daxili orqanların bәdxassәli şişlәrinin müalicә üsullarının hazırlanması vә tәkmillәşdirilmәsi sahәlәri üzrә 500-ә yaxın elmi әsәrin, o cümlәdәn 18 monoqrafiya, 31 dәrslik, dәrs vәsaiti vә metodik әdәbiyyatın, 9 ixtira vә sәmәrәlәşdirici tәklifin müәllifidir. Ə.-un yüksәkixtisaslı kadrların (tibb üzrә 12 elmlәr doktoru, 43 fәlsәfә doktoru) hazırlanmasında xidmәti var. Ümumdünya Onkoloqlar vә Ortoped-travmatoloqlar Assosiasiyasının, Avropa Dayaq-hәrәkәt Aparatı Onkoloqları Cәmiyyәtinin, Amerika Kliniki Onkologiya Cәmiyyәtinin üzvüdür. Azәrbaycan–İran İslam Resp. Dostluq Cәmiyyәtinin sәdri (2000), Türkdilli Ölkәlәrin Parlamentlәrarası Asambleyasının (TÜRKPA) komissiya sәdri (2011), Azәrb.-Türkiyә Parlamentlәrarası Dostluq Qrupunun sәdridir (2015). Azәrb. SSR Ali Sovetinin (12-ci çağırış), Azәrb. Resp. Milli Mәclisinin (4–5-ci çağırış) deputatı seçilib. Milli Mәclisin Sәhiyyә Komitәsinin sәdridir (2015). Azәrb. Resp.-nın “Şöhrәt” (2000), “Şәrәf” (2017) ordenlәri ilә tәltif edilmişdir.
Ə s ә r l ә r i: Sümük şişlәri (A.Y.Qazıyevlә birgә). B., 1997; Qığırdaq şişlәri (N.V.Qasımovla birgә). B., 2001; Abdominol onkologiya (R.B.Bayramovla bir gә). В., 2003; Onkologiya (A.Y.Qazıyevlә birgә). B., 2010; Восстановление, лечение больных после операций по поводу опухолей опорно-двигательного аппарата (N.N.Trapeznikov, V.N.Gerasimenko ilә birgә). Ташкент, 1981; Саркомы костей (N.N.Trapeznikov, Y.N.Solovyov, A.A.Yeromina ilә birgә). Ташкент, 1983; Остеогенная саркома (лечение). Б., 1987; Паростальная саркома (N.N.Trapeznikovla birgә). Б., 1993; Рецепторы половых стероидных гормонов в опухолях костей (N.E.Kuşlinski, A.Y.Qazıyevlә birgә). Б., 1995; Кахекция у больных раком пищевода и желудка (N.F.Mistakopoulo, Q.Q.Knırov, F.N.Mistakopoulo ilә birgә). Б., 1998; Эндопротезирование крупных костей и суставов у онкологических больных (A.Əmiraslanov, M.Əliyevlә birgә). Б., 2011; Dayaq-hәrәkәt orqanları şişlәrindә neoplastik angiogenez (H.K.Muradovla birgә). B., 2017.