ƏMİRASLANOV Əli Ağamalı oğlu (22.12.1900, indiki Qubadlı r-nunun Balahәsәnli k. – 16.10.1962, Moskva) – Azәrb. geoloqu. Geologiya-mineralogiya e.d. (1946), prof. (1947), SSRİ EA m. üzvü (1953). 1930 ildә Moskva Mәdәn Akademiyasını bitirmişdir. 1930–38 illәrdә Ural, Qazaxıstan, Orta Asiya, Baykalarxası vә Qafqazdakı mis, qurğuşun-sink vә qalay yataqlarında elmi tәdqiqat işlәri aparmışdır. 1954 ildәn SSRİ-nin әlvan metallurgiya, geologiya vә Yer tәkinin mühafizәsi nazirliklәrindә rәhbәr vәzifәlәrdә çalışmışdır. SSRİ-dә әlvan nadir metal yataqlarının quruluşu, әmәlәgәlmә şәraiti vә yayılması qanunauyğunluqlarına dair bir sıra әsәrlәr yazmışdır. İran, Polşa, Macarıstan, Rumıniya, Çin vә İsveçin әlvan metal yataqlarının tәdqiqi ilә mәşğul olmuşdur. Moskva Geoloji Kәşfiyyat İn-tunda pedaqoji fәaliyyәt göstәrmiş, “Sovetskaya geologiya” mәcmuәsinin baş redaktor müavini olmuşdur. Elmi kadrların hazırlanmasında xidmәti olmuşdur. “Qırmızı Əmәk Bayrağı” ordeni vә medallarla tәltif olunmuşdur. Moskvada Novodeviçye qәbiristanında dәfn edilmişdir.
Ə s ә r l ә r i: Основные типы месторождений свинца и цинка (Методы поисков, разведки и оценка). М., 1957; Свинцово-цинковые месторождения Австралии. Геологическая характеристика и закономер ности размещения (N.İvanovla birlikdә). М., 1960; Прогрессивные методы поисков полезных ископаемых. М., 1961.