ƏMİRASLANOV Tarıqulu Sadıx oğlu (1.7.1946, Qusar r-nunun Əcәxur k. – 26.5. 1993, Bakı) – Azәrb. geoloqu. Geologiya-mineralogiya e.d. (1988), prof. (1990). 1969 ildә Azәrb. Neft vә Kimya İn-tunu (indiki Azәrb. Dövlәt Neft vә Sәnaye Un-ti) bitirmiş vә hәmin ildәn başlayaraq in-tda mühәndis, böyük mühәndis, baş elmi işçi, dosent vә prof. vәzifәlәrindә çalışmışdır. Elmi tәdqiqatları geofizikanın qravimetrik kәşfiyyat üsulu, qravitasiya anomaliyalarının kompleks interpretasiyasına aiddir. 50-yәdәk elmi әsәrin müәllifidir.