ƏMİRCAN – Azәrb. Resp. Qax r-nunda kәnd. Əmircan ә.d.-nin (Əmircan, Əmbәrçay, Qaratala k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 5 km q.-dә, Baş Qafqaz silsilәsinin әtәyindәdir. Əh. 574 (2015); heyvandarlıq vә fındıqçılıqla mәşğuldur. Ümumi orta mәktәb, uşaq bağçası, klub, kitabxana, feldşer-mama mәntәqәsi fәaliyyәt göstәrir. Memarlıq abidәlәrindәn 19 әsrә aid mәscid var.