ƏMİRCANOV Əbdülәli bәy Şirәli bәy oğlu (1870, Şәki – 1948, İstanbul) – ictima-isiyasi xadim, maarifçi. Şәki ş. mәktәbindә oxumuş (1876–83), Tiflis dә Aleksandr Müәllimlәr İn-tunu bitirmiş (1888), Şәki ş. mәktәbinә müәllim tәyin edilmişdir. 19 әsrin sonunda Lәnkәranda, 20 әsrin әvvәllәrindә Bakıda müәllim işlәmiş, dövlәt idarәlәrindә vә müxtәlif şirkәtlәrdә mühasib kimi çalışmış, eyni zamanda mәdәni-maarif cәmiyyәtlәrinin işindә yaxından iştirak etmiş, “Nәşri-maarif” cәmiyyәti tәftiş komissiyasının üzvü, Bakı Müsәlman Xeyriyyә Cәmiyyәti sәdrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslәrә qoşulmuş, 1918 ilin martında bolşevikdaşnakların müsәlman-türk әhalisinә qarşı hәyata keçirdiyi soyqırımının qarşısını almağa çalışmışdır. Ə. Azәrb. Xalq Cümhuriyyәtinin 2-ci Hökumәt kabinәsindә (1918, iyun–oktyabr) maliyyә naziri, dövlәt nәzarәtçisi (1918, oktyabr–dekabr), Azәrb. Xalq Cümhuriyyәti parlamentindә maliyyә-büdcә vә sorğu komissiyalarının üzvü seçilmişdir (1918, dekabr). Aprel işğalından (1920) sonra İstanbula mühacirәt etmiş, orada fәaliyyәt göstәrәn Azәrb. Milli Mәrkәzinin üzvü olmuşdur.