ƏMİRXANOV Hәbibulla İbrahim oğlu (28.4.1907, Dağ. Resp., Qunib r-nunun Qaradağ k. – 21.5.1986, Mahaçqala) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1942), prof. (1942), SSRİ EA m. üzvü (1970), Azәrb. SSR EA akad. (1949), RSFSR, Azәrb. SSR vә Dağ. MSSR-in Əmәkdar elm xadimi. SSRİ EA Azәrb. filialının fizika-riyaziyyat sektorunun müdiri (1939–44), Azәrb. SSR EA Fizika İn-tunun (1944–47) vә Fizika-Riyaziyyat İn-tunun (1947–50) direktoru, Azәrb. Neft vә Kimya İn-tunun fizika kafedrasının müdiri (1938–50) olmuşdur. 1950 ildәn SSRİ EA Dağ. filialının sәdri vә zifәsindә çalışmışdır. Tәdqiqatları neft fizikası, yarımkeçiricilәr, geofizika vә fiziki termodinamika sahәsinә aiddir. Sabit hәcmdә mayelәrin vә buxarın istilikkeçirmәsini vә istilik tutumunu tәyin etmişdir. İstilik tutumu vә istilikkeçirmәni ölçmәk üçün Ə. yüksәk dәqiqliyi ilә fәrqlәnәn cihazlar yaratmışdır. İxtira etdiyi adiabat kalorimetr SSRİ XTNS-nin fәxri diplomuna layiq görülmüşdür (1975). Ə.-un rәhbәrliyi ilә güclü maqnit sahәsindә Landau sәviyyәlәrinin spin parçalanması vә maqnit müqavi mәtinin kvant ossilyasiyası öyrәnilmişdir. O, mәdәn süxurlarının mütlәq yaşını tәyin etmәk üçün kütlә spektrometriyasına әsaslanan yeni üsulun müәlliflәrindәndir. Yük sәkixtisaslı kadrların hazırlanmasında xidmәti var. RSFSR Ali Sovetinin (8–10-cu çağırış) deputatı olmuşdur. Bir çox orden vә medallarla, o cümlәdәn Lenin ordeni, Vavilov ad. Qızıl medalla tәltif edilmişdir.