ƏMİRXEYİR – Yelizavetpol (Gәncә) qub. Qazax qәzasının Qaraqoyunlu dәrәsindә (9.9.1930 ildәn Dilican, 31.12.1937 ildәn Krasnoselo r-nu) azәrb.-ların yaşadığı kәnd. 1919 ilin yazında ermәni-daşnak qüvvәlәrinin Qaraqoyunlu dәrәsinә hücumu zamanı kәnd әhalisi düşmәnә layiqli müqavimәt göstәrsә dә doğma yurdlarını tәrk etmәk mәcburiyyәtindә qalmış vә müvәqqәti olaraq Gәdәbәy bölgәsinә sığınmışdır. Sonralar yenidәn kәnddә mәskunlaşmış azәrb.-lar 1988 ildә Azәrb.-a deportasiya olunmuşdur. 19.4.1991 ildә Ə. Kalavan adlandırılmışdır.