ƏMİRLİK – müsәlman ölkәlәrindә әmirin başçılıq etdiyi dövlәt, yaxud mülk. Ərәb xilafәtindә Ə.-in başçısını xәlifә tәyin (yaxud tәsdiq) edirdi. Sonralar hәm müstәqil, hәm dә vassal dövlәtlәr Ə. adlanmışdır (mәs., Nәcd, Şәmmar, Əsir Ə.-lәri, müasir Birlәşmiş Ərәb Əmirliklәri dövlәti). Dövlәt birlәşmәsinә Ə. adı verilmәsi şәrtidir vә yaranmış әnәnәdәn asılıdır.