ƏMİROV Arif Xankişi oğlu (d.26.1.1952, Qusar r-nunun Zuxul k.) – Azәrb. riyaziyyatçısı, fizika-riyaziyyat e.d. (1989). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1974). Elmi fәaliyyәtә SSRİ EA Sibir bölmәsindә (Novosibirsk ş.) kiçik elmi işçi kimi başlamış (1978–84), 1984–89 illәrdә böyük elmi işçi olmuşdur. Novosibirsk Dövlәt Un-tinin dosenti (1989 ildәn), tәtbiqi riyaziyyat kafedrasının prof.-u (1990 ildәn) vәzifәlәrindә çalışmışdır. 1995 ildәn elmi fәaliyyәtini Türkiyәdә davam etdirir. Tәdqiqatlarıin teqral-diferensial vә evolyusiyalı tәnliklәrin bәzi mәsәlәlәrinin korrektliyinin vә inteqral hәndәsәsi mәsәlәlәrinin öyrәnilmәsinә aid dir.