ƏMİROV Faiq İsfәndiyar oğlu (22.6.1975, Zaqatala r-nunun Bәhmәtli k. – 17.5.1995, Bakı) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 4.4. 1995). 1993 ildә Milli Orduya çağırılmışdır. Avtomatçı idi. Füzuli, Tәrtәr, Ağdam uğrunda gedәn döyüşlәrdә iştirak etmişdir. Döyüşlәrdәn birindә yaralanan Ə. hospitalda müalicә olunduqdan sonra yenidәn döyüş bölgәsinә qayıtmışdı. Dövlәt çevrilişinә cәhdin qarşısının alınması zamanı hәlak olmuş, doğulduğu kәnddә dәfn edilmişdir. Zaqatala ş.-ndә adına küçә var.