ƏMİROV Fariz Əli oğlu (d.6.1.1971, Nax. MR, Ordubad r-nunun Bilәv k.) – Azәrb. kimyaçısı, texnika üzrә e.d. (2014). Azәrb. Dövlәt Neft Akademiyasını (indiki Azәrb. Dövlәt Neft vә Sәnaye Un-ti) bitirmişdir (1994). Hәmin akademiyada 2002–14 illәrdә dosent, laboratoriya müdiri vәzifәlәrindә çalışmış, 2016 ildәn kafedra müdiridir. Elmi işlәri modifikasiya edilmiş funksional oliqomerlәr vә oliqomer-elastomer qarışıqları әsasında kompozisiyaların hazırlanması vә tәtbiqi sahәsinә aiddir. 100-dәn çox elmi vә elmi-metodik mәqalәnin müәllifidir.