ƏMİROV Mübariz Mirәziz oğlu (d.15. 3.1947, Şabran r-nu) – Azәrb. pedaqoqu, pedaqoji e.d. (2010). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki Azәrb. Dövlәt Pedaqoji Un-ti) bitirmişdir (1973). Orta mәktәbdә müәllim (1973–75), Elmi Tәdqiqat Pedaqoji Elmlәr İn-tunda (indiki Tәhsil İntu) kiçik elmi işçi (1978–85) vә şöbә müdiri (1985–99) işlәmişdir. Azәrb. Dövlәt Pedaqoji Un-tinin Türk, Şәrqi Avropa vә tarixin tәdrisi metodikası kafedrasının dosenti (1986 ildәn) vә prof.-udur (2014 ildәn). Tәdqiqatları orta mәktәbdә tarixin tәdrisi metodikasının problemlәrinә hәsr edilmişdir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn bir monoqrafiyanın, dәrslik vә dәrs vәsaitinin müәllifidir.