ƏMİROV Nazim Sәid oğlu (d.1.5.1925, Qusar r-nunun (indiki Xaçmaz) Aşağı Lәgәr k.) – Azәrb. seleksiyaçısı. K.t. e.d. (1980). 1944 ildә ikiillik Quba Pedaqoji İntunun tarix-filologiya fakültәsini, 1951 ildә Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunun aqronomluq fakültәsini bitirmişdir. Quba Rayonlararası İpәkçilik İdarәsindә müfәttiş, Qusar r-nundakı Yeni hәyat k.-indә müәllim vә mәktәb direktoru (1943–46) olmuşdur. 1951–62 illәrdә Elmi Tәdqiqat Əkinçilik İn-tunda müxtәlif vәzifәlәrdә çalışmış, toxumçuluq laboratoriyasının rәhbәri (1963–83), seleksiya vә paxlalı bitkilәr laboratoriyasının rәhbәri (1983–89), baş elmi işçi (1984–94) olmuşdur. Tәdqiqatları kövşәn bitkilәrinin seçilmәsinә, onların optimal sәpin müddәtlәrinin tәdqiqinә, payızlıq buğdanın vә pambığın mәhsuldarlığındakı roluna, dәnli-paxlalı bitkilәrin 300-dәn çox endemik formalarının botaniki növmüxtәlifliklәrinin tәsnifatlaşdırılmasına vә s. aiddir. Ə. resp.-nın paxlalı әkinlәrdә istifadә edilәn 10-dan artıq noxud, lobya vә mәrcimәk sort vә hibridinin, 5 sortun (“AZNİİZ–303”, “AZNİİZ–304”, “Nail” noxud, “Azәr” mәrcimәk vә “AZNİİZ– 352” lobya sortu) yaradıcısıdır. 2 sortun (“Azәr” mәrcimәk vә “AZNİİZ–304” noxud) bölgәlәrdә becәrilmәsinә geniş yer verilir. 127-dәn çox elmi әsәrin, o cümlәdәn 2 kitabın müәllifidir. Kadrların hazırlanmasında xidmәti var.