Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMİROV Mәşәdi Cәmil Əmiraslan oğlu

    ƏMİROV Mәşәdi Cәmil Əmiraslan oğlu (1875, Şuşa – 1928, Gәncә) – Azәrb. tarzәni, bәstәkar, musiqi xadimi. Musiqiçi kimi yetişmәsindә Mir Möhsün Nәvvabın musiqi mәclislәrinin   böyük tәsiri olmuşdur. Ə. 1907 ildәn Gәncәdә yaşamış, burada mәşhur xanәndәlәrdәn M.M. Fәrzәliyev, H.Malıbәyli, M.Şuşinski, Bülbül, S.Şuşinski vә b.-nı tarda müşayiәt  etmişdir.

    1910 ildә Riqanın “Qrammofon” şirkәtindә onun Azәrb. musiqiçilәri ilә birgә ifa etdiyi bir sıra muğam vә mahnılar vala yazılmışdır. Ə. Şuşa, Gәncә, Tiflis vә İrәvanda göstәrilmiş opera tamaşalarında Mәcnun, Kәrәm (“Leyli vә Mәcnun”, “Əsli vә Kәrәm”, Ü.Hacıbәyli), Qәrib (“Aşıq Qәrib”, Z.Hacıbәyli) partiyalarını oxumuşdur. 1911–12 illәrdә İstanbulda musiqi tәhsili almış, burada Heyratı muğamını nota salmış vә çap etdirmişdir. “Seyfәlmülk” operasının (1915) vә “Namuslu qız” operettasının (1923) müәllifidir. Gәncәdәki Musiqi Mәktәbinin tәşkilatçılarından olan Ə. 1923 ildәn ömrünün sonunadәk bu mәktәbin direktoru vә müәllimi olmuşdur. F.Əmirov, Q.Hüseynli, T.Hacıyev vә b. hәmin mәktәbdә tәhsil almışlar.

    Əd.: Сафаралиева Ф. Музыкальное образование в Азербайджане. М., 1961; Şuşinski F. Azәrbaycan xalq musiqiçilәri. B., 1985.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç