ƏMİROV Rasim Ombay oğlu (28.3.1928, Kürdәmir r-nunun Axtaçı k. – 24.12.1979, Bakı) – Azәrb. gigiyenisti. Tibb e.d. (1964), prof. (1965). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1950). Hәmin in-tun ümumi gigiyena kafedrasında işlәmiş (1958–64), 1964 ildә Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunda әmәk gigiyenası vә peşә xәstәliklәri kafedrasını tәşkil etmiş vә 1972 ilә qәdәr onun rәhbәri olmuşdur. 1972–79 illәrdә isә Azәrb. SSR Sәhiyyә Nazirliyinin Virusologiya, Mikrobiologiya vә Gigiyena Elmi Tәdqiqat İn-tunda yaratdığı әmәk gigiyenası vә fiziologiyası laboratoriyasına rәhbәrlik etmişdir. Tәdqiqatları, әsasәn, әmәk gigiyenası vә toksikologiya problemlәrinin öyrәnilmәsinә aiddir. 200-dәn çox elmi әsәrin müәllifidir. Kadr hazırlığı sahәsindә xidmәti olmuşdur. Azәrb. SSR Gigiyenistlәr vә Sanitariya Hәkimlәri Elmi Cәmiyyәtinin sәdri (1967–79) seçilmişdir.
Əsәrlәri: Kәnd tәsәrrüfatında işlәnәn zәhәrli kimyәvi maddәlәr vә ehtiyat tәdbirlәri (Z.Abbasovla birlikdә). B., 1967; Повышение устойчивости организма к действию токсических веществ. Б., 1963.