ƏMİROV Sabir Nәbi oğlu (29.9.1926, Şuşa – 7.6.2014, Bakı) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (2004). 1937 ildә ailәsi ilә birlikdә Tәbrizә köçmüş, 1947 ildәn Bakıda yaşamışdır. Azәrb. Dövlәt Un-tini bitirmişdir (1953). 1957–75 illәrdә İranlı siyasi mühacirlәr cәmiyyәtinin “Cavanlar” tәşkilatında sәdr, Azәrb. Demokrat Firqәsi Mәrkәzi Komitәsinin şöbә müdiri (1967– 94), Cәnubi Azәrb. Yazıçılar Cәmiyyәti İdarә Heyәtinin mәsul katibi (1967–2013) olmuş, 1996–2014 illәrdә AMEA Nizami ad. Ədәbiyyat İn-tunda baş elmi işçi vәzifәsindә çalışmışdır. Elmi tәdqiqatları, әsasәn, C.Mәmmәdquluzadәnin yaradıcılığına, 20 әsr Cәnubi Azәrb. milli demokratik әdәbiyyatına aiddir.