ƏMİROV Savalan Teymur oğlu (d.5.5. 1939, Bәrdә) – Azәrb. kimyaçısı, kimya e.d. (1991), prof. (1993). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1962). 1968–83 illәrdә Azәrb. SSR EA Qeyri-Üzvi vә Fiziki Kimya İn-tunda (indiki M.F.Nağıyev ad. Kataliz vә Qeyri-Üzvi Kimya İn-tu) müxtәlif vәzifәlәrdә çalışmış, 1983 ildәn AzTU-da işlәyir, konstruksiya vә kompozisiya materialları kafedrasının prof.-udur (1991 ildәn). Tәdqiqatları Azәrb.-ın tәbii seolitlәrinin mineralogiyası, kimyәvi vә faza tәrkiblәrinin, faza çevrilmәlәrinin öyrәnilmәsi sahәsindәdir. 120-dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiya, dәrslik vә dәrs vәsaitlәrinin müәllifidir.