ƏMİROVA İrina Aleksandrovna (d.3.2. 1950, Bakı) – Azәrb. dermatoveneroloqu. Tibb e.d. (2008), prof. (2015). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1973). Resp. Dәri Zöhrәvi Dispanserindә hәkim işlәmiş (1974–77) vә 1977 ildәn Azәrb. Dövlәt Tibb İn-tunun (indiki Azәrb. Tibb Un-ti) dermatovenerologiya kafedrasında çalışır. Tәdqiqatları, әsasәn, neftçilәrdә dәrinin bәdxassәli vә xoşxassәli hiperproliferativ xәstәliklәrinin baş vermәsindә neftin rolunun öyrәnilmәsinә hәsr edilmişdir. 100-dәn çox elmi әsәrin müәllifidir.