ƏMİRVAN – Azәrb. Resp. Qәbәlә r-nunda kәnd. Əmirvan ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 17 km c.-ş.-dә, Göyçay çayının sahilindәdir. Əh. 1606 (2015); heyvandarlıq vә taxılçılıqla mәşğuldur. Tam orta mәktәb, mәdәniyyәt evi, baytarlıq vә feldşer-mama mәntәqәsi fәaliyyәt göstәrir. Ə.-da antik dövrә aid yaşayış yeri vә qәbiristanlıq, Bәylәr k. xarabalığı (9–18 әsr), kәnddәn şm.-ş.-dә orta әsrlәrә aid Ulupir, Davudçökәn, Uzunxe qәbirlәri, Ə.-dan 3 km şm.-q.-dә Gavursandıq yaşayış yeri (19 әsr) var.