ƏMR – kompüterin işini avtomatik idarә etmәk üçün maşın dilindә yazılmış göstәriş; ayrı-ayrı әmәliyyatları, yaxud hesablama prosesinin bir hissәsini yerinә yetirәn zaman kompüterin işini müәyyәn edir. Hәr Ə. ilә bir әmәliyyat aparılır. Əsasәn üç hissәdәn ibarәtdir: әmәliyyat, ünvan vә indeks hissәlәri. Əmәliyyat hissәsi aparılacaq әmәliyyatın kodunu, ünvan hissәsi üzәrindә әmәliyyat aparılacaq әdәdlәrin yaddaş qurğusunda yazıldığı xanaların ünvanını, indeks hissәsi isә kömәkçi şәrti işarәlәri göstәrir. Ə.-lәr bir vә çoxünvanlı (sayı sabit vә dәyişәn) olur.