ƏMLƏŞ – Xәzәr dәnizinin c.-q. sahillәrindә, Əmlәş ş. әtrafında (Əlburzun şm.-q. әtәklәri, İranın Gilan ostanı) e.ә. 2-ci minilliyin sonu – 1-ci minilliyin әvvәllәrinә aid arxeoloji kompleks. 19 әsrin ortalarından qarәtçi qazıntılar nәticәsindә әldә edilmiş tapıntılar satışa çıxarılırdı. 1954 ildәn İran (H.Sәmәdi, İ.Negәhban, Ə.Hakemi) vә Yaponiya (N.Yeqami) arxeoloji ekspedisiyaları tәrәfindәn Tәmacan, İmam, Deylәman (Qalakuti-I) vә s. mәzarlıqlar tәdqiq olunur. Ən zәngin material Marlik tәpәsindә “hökmdar” nekropolunun qazıntıları (İ.Negәhban, 1961–62) nәticәsindә aşkar edilmişdir. Ə.-dә tunc silahlar, tunc vә qızıl bәzәk әşyaları, üzәrindә qabarıq nәbati ornamenti, heyvan (bәzәn dә insan) tәsvirlәri olan qızıl, gümüş vә tunc qәdәhlәr vә kasalar, insanların vә heyvanların tunc vә saxsı heykәlciklәri (bәdәnin ayrı-ayrı hissәlәrinin hipertrofiyası sәciyyәvidir), at, buğa, maral formasında qablar üzә çıxarılmışdır. Ə.-ә Əlburzun c. әtәklәrindә (Xurvin, Çukindar, Savvax, Darus vә s.) vә Xәzәrin c.-ş. sahillәrindә (Kәlardәşt, Gәrmabәk) yerlәşәn mәzarlıqlar oxşardır. Kompleksdә İranın şm.-q. vil.-lәri (Cәnubi Azәrb.) vә Şәrqi Qafqazla (Şimali Azәrb.) da әlaqәlәr izlәnilir.
“Ямляш цслубу”нда щазырланмыш эил габ.
Е.я. 1000–800 илляр. Британийа Музейи.