Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMR İBN AS

    ƏMR İBN AS (әr. ), Ə b u Abdullah Əmr  ibn  әl-As (tәqr. 573, Mәkkә – 6.1.664, Misir, Fustat) – әrәb sәrkәrdәsi vә siyasi xadimi. Qureyş tayfasından idi. Uzun müddәt Mәhәmmәd peyğәmbәrin vә müsәlmaların düşmәni olmuş, Uhud vuruşması (625) Xәndәk vuruşmasında (627) müşriklәrin tәrәfindә döyüşmüşdür. Hüdeybiyyә sülhünün (628) imzalanmasından sonra islamı qәbul etmişdir. Mәkkәnin fәthindәn (630) sonra Mәhәmmәd peyğәmbәrin mәktubunu çatdırmaq üçün Omana göndәrilmiş vә 632 ilәdәk orada qalmışdı. Xәlifә Əbu Bәkrin dövründә dindәn dönәnlәrә vә Bizansa qarşı vuruşmuş, Suriya vә Fәlәstinin fәthindә iştirak etmişdir. Misirә hәrbi yürüşün tәşәbbüskarı olan Ə. ibn A.Misirin fәthindәn sonra xәlifә Ömәr [634–644] tәrәfindәn oranın valisi tәyin olunmuşdur.

    Lakin vergi sahәsindә yol verdiyi özbaşınalıqlardan şikayәtlәr sәbәbilә xәlifә Osman [644–656] tәrәfindәn vәzifәsindәn kәnarlaşdırılmışdır.

    Əli ibn Əbu Talib hakimiyyәtә gәldikdәn sonra Ə. ibn A. siyasәtә qayıdaraq beyәtdәn imtina etdi vә qiyam qaldırmış Suriya valisi Müaviyәni dәstәklәdi. Siffin vuruşmasında (657) Əlinin uğur qazandığını görәn Ə. ibn A. әsgәrlәrinә nizәlәrin ucuna Quran keçirmәlәrini әmr etdi vә Quran әsasında hökm çıxarılması üçün münsiflәr mәhkәmәsi qurmağa çağırdı. Əli әtrafındakıların tәzyiqi ilә münsiflәr mәhkәmәsinә razı oldu. Mәhkәmәnin qәrarına görә, hәr iki tәrәfin nümayәndәsi xәlifәlәrin hakimiyyәtdәn uzaqlaşmalarını tәsdiqlәmәli, sonradan yenidәn xәlifә seçkisi keçirilmәli idi. Lakin Ə. ibn A. öz növbәsindә Müaviyәnin devrilmәsini elan etmәdi. Mәhkәmәnin nәticәsindәn narazı qalan bir dәstә (tәqr. 4000 nәfәr; sonradan xaricilәr kimi tanınmışlar) Əlinin ordusundan ayrılıb, Nәhrәvana getdi vә hәm Əliyә, hәm Müaviyәyә, hәm dә Ə. ibn A.-a qarşı mübarizәyә başladı. 659 ildә suriyalılar Ə. ibn A.-ın başçılığı ilә Misirә soxularaq Əlinin bura vali tәyin etdiyi Mәhәmmәd ibn Əbu Bәkri öldürdülәr vә әrazini nәzarәtә aldılar. 661 ildә xaricilәr eyni zamanda Əliyә, Müaviyәyә vә Ə. ibn A.-a qarşı suiqәsd planlaşdırdılar. Nәticәdә Əli öldürüldü, Müaviyә yüngül yaralandı, Ə. ibn A.-ın yerinә isә sәhvәn başqası qәtlә yetirildi. Xәlifә olan Müaviyә Ə. ibn A.-ı Misirin valisi elan etdi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç