ƏMR-APARÁT, baş aparat – obyektlәrin, yaxud texnoloji proseslәrin idarәetmә sistemlәrindә elektrik dövrәlәrini müxtәlif qaydada çevirmәk üçün qeyriavtomatik elektrik aparatı. 1000 V-adәk gәrginlikli sabit vә dәyişәn cәrәyanlı elektrik qurğuları idarәetmә dövrәlәrindә bir vә ya çoxpillәli çevirmәlәr üçün istifadә edilir. Giriş vә çıxışdakı kanalların sayı, çevirmә sürәti, çevirmә qanunu (ardıcıllığı) Ə.-a.-ın әsas parametrlәridir. Ə.a.-ın işi üçün vacib şәrt bir dayanıqlı vәziyyәtdәn digәrinә keçidin sıçrayışşәkilli olmasıdır. Adәtәn, Ə.-a. kontaktlı elektromexaniki qurğudur; keçiricinin bir elementi digәrinә nәzәrәn yerini dәyişәrәk elektrik dövrәsini açıbqapayır. Kontaktlı Ə.-a.-ını aşağıdakı әsas qruplara ayırmaq olar: idarәetmә düymәlәri, yol vә son açarları, idarәetmә açarları, әmr-nәzarәtçilәr.
İdarәetmә düymәlәri insan әli ilә basıldıqda elektrik dövrәsini qapayır, yaxud açır; kiçik güclü elektrik mühәrriklәrinin, işıqlandırma cihazlarının idarә edilmәsi, elektrik intiqallarının idarәetmә sxemlәrindә mәntiqi funksiyaların reallaşdırılması, siqnalizasiya sxemlәrindә әmrlәrin formalaşdırılması, liftlәrin idarә olunması vә s. üçün istifadәyә yararlıdır.
Texnoloji proseslәrdә maşın hissәlәrinin vәziyyәtini müәyyәnlәşdirmәk üçün yol vә son açarlardan istifadә edilir. Bu zaman düymәnin basılması insan tәrәfindәn deyil, maşının işlәk orqanları ilә yerinә yetirilir (mәs., lift kabinәsi şaxtada әvvәlcәdәn tәyin edilәn yerә çatdıqda).
İdarәetmә açarı (İA) kommutasiya aparatlarının idarә edilmәsi vә müxtәlif dövrәlәrin çevrilmәsi üçün aşağıgәrginlikli aparatdır. Adәtәn, İA döndәrici dәstәyә malikdir; mәs., buraxıldıqdan sonra dәstәyin neytral vәziyyәtә qayıtması vә dövrәnin qapanması әmәliyyatının ikipillәli olması operatorun sәhv hәrәkәtinin qarşısını alır. İA-dan elektrostansiya vә yarımstansiyaların idarәetmә pultlarında aşağı vә yüksәkgәrginlikli aparatların qoşulma vә açılma әmrlәrinin formalaşması üçün geniş istifadә olunur.
Əmr-nәzarәtçi (ƏN) – әl ilә idarә edilәn (nәzarәtçi) aşağıgәrginlikli kommutasiyalı kontaktlı elektrik aparatıdır; elektrik mühәrrikinin enerji mәnbәyinә birlәşdirilmәsi dövrәlәrinin sxemlәrini, yaxud onların iş rejimlәrini dәyişmәk üçündür. Bәzәn ƏN, qısaca olaraq, nәzarәtçi adlandırılır. Xarici idarәetmә orqanının (adәtәn, dәstәyin) vәziyyәtinin dәyişmәsi bilavasitә tәrpәnmәz kontakt boyunca sürüşәn hәrәkәtli kontakta ötürülür; tәrpәnmәz kontakt izolyasiyalı yastı әsas (yastı ƏN) vә ya val üzәrindә yerlәşir. Vala metal halqalar sektoru şәklindә hәrәkәtli kontakt elementlәri (barabanlı ƏN), yaxud kәsikli yumruqcuqlar (yumruqcuqlu ƏN) bәrkidilir. Yastı ƏN-in pillәlәrinin sayı barabanlı vә yumruqcuqlu ƏN-ә nisbәtәn daha çoxdur, lakin sonuncular daha böyük kommutasiya qabiliyyәtinә malikdir vә әmәliyyatların (bir saatdakı çevrilmәlәr) daha yüksәk tezliklә yerinә yetirilmәsi üçün nәzәrdә tutulmuşdur. ƏN, әsasәn, әl ilә idarә edilәn elektrik mühәrriklәrindә (mәs., nәql. vә qaldırıcı qurğularda) tәtbiq edilir.