ƏMRLƏR SİSTEMİ – hesablama (informasiyanın emalı) prosesindә әsas vә kömәkçi әmәliyyatların yerinә yetirilmәsi zamanı kompüterdә (prosessorda) hәyata keçirilmәsi mümkün olan bütün әmrlәrin toplusu. Ə.s. vasitәsilә mәsәlәnin hәlli üçün proqram tәrtib edilir. Ə.s.-ni әmәliyyat sistemi ilә eynilәşdirmәk olmaz. Əmәliyyat sistemi eyni olan iki maşının Ə.s. müxtәlif ola bilәr. Maşının quruluşunu tәyin edәn әsas parametrlәrdәn olan Ə.s.-nә bәzәn maşın dili dә deyilir.