ƏMSAL (riyaziyyatda) – 1) hәrfi ifadәnin әdәdi vuruğu. Mәs., 2 ab ifadәsindә Ə. 2-dir; 2) Mәchul qarşısındakı әdәdi vә ya hәrfi vuruq. Mәs., x2 + px + q = 0 tәnliyindә x-in ә.-ı p-dir (x2 vә q-nün ә.-ları isә 1-ә bәrabәrdir, Ə. 1 olduqda yazılmır); 3) Dәyişәn kәmiyyәt vә onun törәmәlәri qarşısında duran funksiya. Mәs., y′2 + p(x)y′+ q(x) = 0 tәnliyindә y′-in әmsalı p(x) funksiyasıdır (y′2 vә q(x)-in әmsalı isә 1-ә bәrabәrdir). Çevrәnin uzunluğunun l =2πr düsturunda r-in әmsalı 2π-yә bәrabәrdir, r çevrәnin radiusudur. Düz xәttin y= kx + b düsturunda k әdәdi düz xәttin Ox oxuna meyiletmә bucağının tangensidir vә bucaq әmsalı adlanır. Düsturda fiziki xassәlәri ifadә edәn Ə.-ların xüsusi adları var. Mәs., sürtünmә Ə.-ı, sındırma Ə.-ı vә s.