Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMTƏƏ

    ƏMTƏƏ – satış, yaxud mübadilә predmeti. İqtisadi nәzәriyyәdә “Ə.” anlayışı әsas terminlәr sırasına daxildir. Geniş mәnada Ə. – mübadilә, yaxud alqı-satqı predmetinә çevrilәn istәnilәn nemәtdir (әşya, xidmәt, fәaliyyәt, sosial status, öhdәlik, fikir, insanın emosional vәziyyәti vә s.). Nemәtin alınan vә satılan Ə.-yә çevrilmәsi “kommodifikasiya” (ing. commodity – әmtәә) adlanır. Dar mәnada Ə. – әsasәn, mübadilә (satış) üçün yaradılmış predmet, xidmәt, yaxud işdir. Hәr iki mәnada da Ə.-yә çevrilәn bütün obyektlәr öz faydalılığını (alıcının bu, yaxud digәr tәlәblәrini ödәmәk qabiliyyәti) şәrtlәndirmәk xüsusiyyәtinә malikdir. Faydalılıq qabiliyyәti Ə. vә istehlakçının qarşılıqlı әlaqәsi zamanı meydana çıxır: istehlakçısı olmadıqda, obyekt faydalılığını itirir.

    Dar mәnada “Ə.” anlayışı iki tip – natural vә әmtәә tәsәrrüfatların bir-birindәn ayrılması ilә әlaqәlidir. Adәtәn, böyük ailәlәrin apardıqları (mәşğul olduqları) n a tu ral tәsәrrüfatlarda yaşam üçün mühüm olan әrzaq mәhsulları, geyim, xidmәt, yaşayış evlәrinin tәmir işlәri, tәsәrrüfat tikililәri (qurğuları) vә s. istehsal edilir vә mübadilә olmadan ailә üzvlәri arasında istehlak üçün bölüşdürülür. Bu zaman nemәt vә xidmәtlәrin istehsal hәcmini ehtiyac vә onları istehsaletmә imkanı müәyyәn edir, natural tәsәrrüfatda izafi (artıq) mәhsul adәtәn olmur. Əmtәә tәsәrrüfa tın da nemәt vә xidmәtlәr ehtiyacdan daha çox, başqa nemәt vә xidmәtlәrlә birbaşa mübadilә (barter), yaxud pul qarşılığında satmaq mәqsәdilә istehsal edilir. Naturaldan әmtәә tәsәrrüfatına keçid bazar iqtisadiyyatının başlanğıcı kimi dәyәrlәndirilir. Kütlәvilik vә standartlara uyğunluq әmtәә istehsalına aid xüsusiyyәtlәr hesab edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç