ƏMTƏƏ NİŞANI – әmtәәnin fәrdilәşmәsi ilә әlaqәdar qeyd, işarә; yazılı, tәsviri, kombinә olunmuş, hәcmli, sәsli, işıqlı, qoxulu (әtirli) vә s. ola bilәr. Firma adı, kommersiya nişanı, әmtәәnin istehsal yeri, xidmәt nişanları, bәzi ölkәlәrdә sertifikat nişanları vә domen adları ilә yanaşı, Ə.n. әmtәәni fәrdilәşdirәn vasitәdir. Əsasәn, bazarda fәrqliliyi göstәrmәk, istehlakçılara әmtәәnin keyfiyyәti vә dәyәrini eynilәşdirmәk imkanı vermәk üçün sahibkarlıq fәaliyyәtindә istifadә olunur.
İstehsalçını, yaxud satıcını göstәrmәk mәqsәdilә әmtәәnin damğalanmasının (nişanlanması) tarixi b.e.ә. mövcud olmuşdur. Ə.n.-nın qorunması qanunu 13 әsrin ortalarında Avropada meydana gәlmişdir. Beynәlxalq sәviyyәdә Ə.n. sәnaye mülkiyyәtinin qorunması üzrә Paris Konvensiyasına (1883) әsasәn tәnzimlәnir. Ə.n.-na müstәsna hüquq rәsmi şәrtlәr (mәsul orqanda qeydiyyatdan keçmә) yerinә yetirildikdәn sonra yaranır. Müddәtsiz xarakter daşıyır vә sahibinә qeydiyyat şәrtlәri çәrçivәsindә ondan istifadә, sәrәncamçılıq hüququ verir, hәmçinin mülki-hüquqi, inzibati vә cinayәt mәsuliyyәtinә cәlbetmәyә әsaslanmaqla üçüncü şәxslәrә Ə.n.-dan istifadәni qadağan edir. Hazırda Madrid sazişi (1891) vә ona qoşma protokola (1989) әsaslanan milli, hәmçinin beynәlxalq sәviyyәdә Ə.n.nın tәnzimlәnmә sistemlәri fәaliyyәt göstәrir. Ə.n.-nın qeydiyyatdan keçmәsini vә gәlәcәkdә qorunmasını istәyәn hüquqi şәxs fәrqli xüsusiyyәtә (digәr Ə.n.-larına bәnzәmәdәn) malik olmalı vә istehlakçıları düzgün istiqamәtlәndirmәlidir.
Kollektiv Ə.n.-ndan birliyә daxil olan bir neçә şәxsin istehsal etdiyi ümumi xüsusiyyәtlәrә malik әmtәәlәrin identifikasiyası (eynilәşdirilmәsi) mәqsәdilә istifadә olunur.