ƏMTƏƏŞÜNASLIQ (alm. warenkunde, ing. merchandising) – әmtәәlәrin istehlak xassәlәrini; onların tәsnifatını vә kodla işarәlәnmәsini; standartlaşdırılmasını; әmtәәlәrin keyfiyyәtini, ona nәzarәti, onun qiymәtlәndirilmәsini şәrtlәndirәn amillәri; әmtәә çeşidlәrinin vә onların strukturunun formalaşması qanunauyğunluqlarını; әmtәәlәrin daşınması, istehlakı vә istifadәsi zamanı keyfiyyәtinin saxlanması şәraitini öyrәnәn elmi fәnn. Ə. 16 әsrdә xarici ticarәt әlaqәlәrinin inkişafı ilә әlaqәdar meydana gәlmişdir. İlk Ə. kafedrası (bitki vә heyvan mәnşәli dәrman vasitәlәri Ə.-ı) 1549 ildә İtaliyanın Paduya un-tindә yaradılmış, 18 әsrin sonundan müstәqil tәdris fәnni kimi orta vә ali kommersiya mәktәblәrindә keçilmәyә başlanmışdır. Tәtbiqi iqtisadi fәnn olan Ə. marketinq vә s. ilә sıx qarşılıqlı әlaqәdә inkişaf edir, yeni әmtәә qruplarının öyrәnilmәsi hesabına daim genişlәnir.