Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏN BÖYÜK ORTAQ BÖLƏN

    ƏN BÖYÜK ORTAQ BÖLƏN – bir neçә tam әdәdin hәr birinin qalıqsız bölündüyü әdәdlәrdәn әn böyüyü. Ə.b.o.b.-i tapmaq üçün verilәn әdәdlәr sadә vuruqlarına ayrılır, üstlәri әn kiçik olan ortaq vuruqların hasili götürülür. Mәs., 60=22∙3∙5 vә 72=23∙32 olduğundan, 60 vә 72 әdәdlәrinin Ə.b.o.b.-i 22∙3 =12 olar. İki әdәdin Ə.b.o.b.-inin tapılmasının ümumi qaydası hәlә e.ә. 3-cü әsrdә Evklid tәrәfindәn göstәrilәn ardıcıl bölmә üsuludur (Evklid alqoritmi): bu üsula әsasәn iki әdәdin Ə.b.o.b.-ini tapmaq üçün böyük әdәd kiçik әdәdә bölünür. Sonra kiçik әdәd 1-ci bölmәdәn alınan qalığa, birinci bölmәdәn alınan qalıq ikinci bölmәdәn alınan qalığa vә s. bölünür. Qalıq sıfır alınana qәdәr bölmә davam etdirilir. Alınan sonuncu sıfırdan fәrqli qalıq verilmiş әdәdlәrin Ə.b.o.b.-i sayılır. Kәsrlәrin ixtisarında istifadә olunan Ə.b.o.b. surәt vә mәxrәcin hәr ikisinin bölündüyü әn böyük әdәddir. Əgәr iki әdәdin Ə.b.o.b.-i vahidә bәrabәrdirsә, onda bu әdәdlәr qarşılıqlı sadә әdәdlәr adlanır. İki a b әdәdlәrinin d Ə.b.o.b.-i ilә onların әn kiçik ortaq m bölünәni dm =ab ifadәsi ilә әlaqәlidir. Ə.b.o.b. anlayışı tәkcә әdәdlәrә tәtbiq edilmir, mәs., iki vә daha çox çoxhәdlinin Ə.b.o.b.-i verilmiş çoxhәdlilәrdәn hәr birinin bölündüyü әn yüksәk dәrәcәli çoxhәdlidir; onun tapılmasının ümumi qaydası Evklid alqoritmidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç