ƏN KİÇİK TƏSİR PRİNSİPİ – mexanikanın variasiya prinsiplәrindәn biri; sistemin hәrәkәtlәrindәn tәsiri minimum olanı hәqiqidir. Bu prinsip iki formada ifadә edilir: Hamilton–Ostroqradski forması – sistem eyni zaman müddәtindә bir vәziyyәtdәn digәrinә keçәrkәn onun bütün mümkün kinematik hәrәkәtlәrindәn Hamiltona görә S tәsirinin әn kiçik olanı hәqiqidir. Riyazi şәkildә δs = 0 kimi yazılır (δ – natamam variasiya simvoludur).
Mopertyui–Laqranj forması – tam enerjinin qiymәti saxlanılmaqla, sistem bir vәziyyәtdәn digәrinә keçәrkәn onun hәrәkәtlәrindәn Lanqranja görә w tәsirinin әn kiçik olanı hәqiqidir. Riyazi şәkildә Δw=0 kimi yazılır (Δ – tam variasiya simvoludur). Bu prinsiplәr kәsilmәz mühit mexanikası, elektrodinamika, kvant mexanikası vә digәr sahәlәrdә tәtbiq olunur.