ƏNAM, inam – 13–15 әsrlәrdә Dehli sultanlığında vә digәr Şәrq ölkәlәrindә torpaq mülkiyyәti formalarından biri. Sahibi dövlәt hesab olunan Ə. hәr hansı xidmәt müqabilindә bağışlanan torpaq mülkiyyәti idi. Mülklә yanaşı geniş yayılmışdı. Sonralar irsi keçәn torpaq mülkiyyәtinә çevrilmişdir.