ƏNCİR, әncir ağacı (Ficus) – tutkimilәr fәsilәsinin fikus cinsindәn subtropik bitki. Vәtәni Kiçik Asiyadır. Yabanı halda Aralıq dәnizi ölkәlәri, Kiçik Asiya, Hindistanın şm.-q.-i, Krım vә Cәnubi Qafqazda rast gәlinir. Dağınıq çәtirli, hünd. 4–8 m (bәzәn 12 m-әdәk) olan yarpağınıtökәn ağac vә koldur. Kök sistemi güclüdür. Yarpaqları növbәli düzülür; tünd-yaşıl, uzunsaplaqlı, barmaqvarı-bölümlü, alt hissәsi tüklüdür. Xırda çiçәklәri bir vә ya ikievli olub, bir-birinә bitişik kürә vә ya armudşәkilli çiçәk qrupunda (sikonilәrin) әtli meyvәyanlığının içәrisindә yerlәşir. Çiçәk qrupu 1000-dәn çox çiçәkdәn ibarәtdir. Bu çiçәk qrupları kiçik vә hәmişә bәrk olur; içәrisindә tozcuq vә xüsusi tozlayıcı olan pәrdәqanadlı cücü – arı-blastofaq (Blastophaqa psenes) inkişaf edir. Çiçәklәr bu böcәklәr vasitәsilә tozlanır. Meyvәlәri kiçik fındıqcadır. Azәrb.-da yabanı halda bitir vә meyvә bitkisi kimi becәrilir. 600-әdәk növmüxtәlifliyi vardır. Azәrb.-da 2 növü mәlumdur: adi Ə. (F.Carica) vә Hirkan Ə.-i (F.Hurcana). Bәzәn Hirkan Ə.-i adi Ə.-in sinonimi hesab edilir. Adi Ə. aprelin sonunda vә mayda çiçәklәyir; ildә 2 dәfә (yayın әvvәli vә payız) meyvә verir. Əsasәn Abşeron, Qobustan vә aran zonalarında becәrilir. Hirkan Ə.-i isә may ayında qapalı çiçәklәyir, sentyabrda yetişir. Yay meyvәlәri armudvarı, payız meyvәlәri kürә formasında açıq-çәhrayı rәngdә olur. Üçüncü dövrün relikt bitkilәrindәndir.
Azәrb.-da sarı Ə., Abşeron sarı Ə.-i, Şirvan sarı Ə.-i, Malax Ə., armudu Ə. (şәkәr Ə.), Gәncә sarı Ə.-i, Buzovburnu (çapla), bәnövşәyi Ə. vә s. sortlar becәrilir. Abşeron sarı Ə.-i. çox şirin vә şirәlidir. Tәzә vә qurudulmuş halda yeyilir, doşab, mürәbbә, cem vә s. hazırlanır.
Ə. ağacı 100–200 il yaşayır; 2–3 illiyindә meyvә verir. Meyvәlәrin kütlәsi 20–60 q-adәkdir. 50–80 ilә qәdәr çox mәhsuldar olur. Hәr ağacdan 30–150 kq vә daha çox mәhsul yığılır. Tәzә meyvәlәrindә 18– 23%, qurudulmuşunda 50–65%-әdәk şәkәr, 0,5–4,2% pektin, 3,4–7,4% sellüloz, 1%-әdәk turşu var; C, B1, B2 vitaminlәri, karotin, kalsium, dәmir vә fosforla zәngindir. Yarpağından alınan şirә müxtәlif xәstәliklәrin müalicәsindә, südvarı şirәsi (lateks) kosmetologiyada; hamaş meyvәsi, yarpaqları vә kökü tibdә istifadә olunur. Dağ şәraitindә torpaqqoruyucu vә sahilbәrkidici әhәmiyyәti var. Əsas ixracatçılar Türkiyә, İtaliya, Yunanıstan vә İspaniyadır.
Birillik qәlәm vә kök pöhrәlәri ilә çoxaldılır. Ə. çox qәdim zamanlardan becәrilir. Əsasәn ikievli, çarpaztozlanan bitki kimi әkilir; tozlanmadan meyvә verәn sortları da var. Hirkan Ə.-i Azәrb.-ın “Qırmızı kitab”ına daxil edilmişdir. Hirkan Milli parkında mühafizә olunur.