ƏNCİR QABIQYEYƏNİ (Hypoborus ficus) – qabıqyeyәn böcәklәr fәsilәsindәn cücü növü. Uz. 1 mm, rәngi tünd-şabalıdıdır; üzәri bozumtul tüklәrlә örtülüdür. Cәnubi Avropa, Şimali Afrika, Aralıq dәnizi ölkәlәrindә, Qafqaz vә Orta Asiyada yayılmışdır. Azәrb.-ın quru subtropik r-nlarında çoxdur. Zәiflәmiş, qurumaqda olan ağaclarda yuva salır. Ə.q. әncir, tut vә üzümә zәrәr verәn әn tәhlükәli cücü növüdür. İldә 2–3 nәsil verir. Qışı sürfә vә yetkin mәrhәlәdә ağac qabığı altında keçirir. Mübarizә tәdbirlәri aqrotexniki üsullarla aparılır.