ƏNCİR ODLUCASI (Simaetis nemorana) – Guphipterygidae fәsilәsindәn kәpәnәk. Uz. 10,5 mm-dir. Ön qanadları şabalıdı, arxa qanadları bozumtul-sarıdır. Bir dişi kәpәnәk әncir yarpağı üzәrinә tәk-tәk 70 –120 kürәşәkilli yumurta qoyur. Tırtılı sarımtılyaşıldır; üzәri ziyilli vә tüklüdür. Tırtıl yarpaq damarları arasındakı hissәni zәdәlәyir, meyvәlәr tökülür. Tırtılın inkişafı 18–25 gün çәkir. Ə.o. Cәnubi Qafqaz, Dağ. Resp., Krasnodar diyarı, Krım vә Orta Asiyada yayılmışdır. Xәstәliklәri qonur lәkәlilik, yarpaq bakteriozudur. Mübarizә tәdbirlәri mexaniki vә kimyәvi üsulla aparılır.