ƏNCİRFƏRƏC, zәncirfәrәc, zincilfәrәc – azәrb.-ların milli şirniyyat növü. Əsasәn Bakı zonasında geniş yayılmışdır. Ətçәkәn maşından keçirilmiş vә qazanda bişirilәn tәzә әncirin üzәrinә üzüm doşabı vә un әlavә edilmәklә hazırlanır. Sonda alınmış kütlәyә döyülmüş әdviyyat qarışığı (razyana, qara vә әtirli istiot, zәncәfil, darçın, mixәk) әlavә edilir. Hazır mәhsul nazik tәbәqә halında yağ çәkilmiş tavada yayılıb qurudulur vә paxlava şәklindә doğranılır.