ƏNCÜMƏN (far. – cәmiyyәt, mәclis, yığıncaq) – İranda şәhәr vә әyalәtlәrdә yerli özünüidarә orqanı. Ə. inqilabi-demokratik tәşkilat idi. İlk Ə. Tәbrizdә İran inqilabı (1905–11) gedişindә 1906 ildә meydana gәlmişdi. Demokratik Ə.-lәr 1918–21 illәrdә dә yaranmışdı. Cәnubi Azәrb.-da milli azadlıq vә demokratik hәrәkatın qәlәbәsindәn (1945, dekabr) sonra Azәrbaycan Milli Mәclisi әyalәt, vilayәt vә şәhәrlәrdә Ə.-lәrin yaradılması haqqında da qanun vermişdi. Azәrbaycan Milli Hökumәti ilә İran hökumәti arasında 1946 il iyunun 13-dә bağlanan müqavilәyә görә Azәrb. Milli Mәclisi Azәrb. Əyalәt Əncümәninә çevrildi.