ƏNDƏLİS (isp. Andalucia) – İspaniyanın c.-unda tarixi vil. vә inzibati әrazi vahidi. Sah. 87590 km2. Əh. 8,4 mln. (2017). Ərazisinә 8 әyalәt (Almeriya, Qranada, Kadis, Kordova, Malaqa, Sevilya, Uelva, Xaen) daxildir. Əsas şәhәri Sevilyadır. Ərazisinin çox hissәsini Qvadalkvivir çayı hövzәsindәki Əndәlis ovalığı tutur. Şm.-dan SyerraMorena, c. vә ş.-dәn Əndәlis d-rı ilә әhatәlәnir.
Tarix. Ə. әrazisindә qәdim zamanlardan müxtәlif etnoslar mәskunlaşmışdır. E.ә. 8 әsrdә yerli әhalinin finikiyalılar, keltlәr vә b. tayfalarla qarşılıqlı münasibәtlәri nәticәsindә burada Tartess dövlәti formalaşmışdı. E.ә. 7 әsrdәn Tartessә nәzarәt etmiş punlar (karfagenlilәr), hәtta onun süqutundan (e.ә. 6 әsrin sonu) sonra da Pireney y-a-nın c. әrazilәrini tәsir altında saxlayırdılar. E.ә. 206–205 illәrdә әrazisi romalılar tәrәfindәn işğal olunan Ə. e.ә. 197 ildә Yaxın İspaniya (14 ildәn Betika) әyalәtinin tәrkibinә daxil edilmişdir. 409 ildә buraya vandallar köçüb mәskunlaşmışlar. 429 ildә onların Afrikaya gedişindәn sonra Svev krallığının, 554 ildәn Bizansın hakimiyyәti altına keçmış, 7 әsrin sonunda vestqotlar tәrәfindәn zәbt olunmuşdu. 711 ildә Vestqot krallığı әrәblәr tәrәfindәn darmadağın edilmiş vә bu torpaqları Əndәlis (әr. ; lat. Vandalitia – “vandallar ölkәsi” sözündәn) adlandırmışlar. Ə.-in indiki adı (isp. Andalucia) buradan götürülmüşdür.
Ə.-dә mövcud olduqları dövrü (711– 1492) әrәblәr tarixlәrinin qızıl әsri hesab edirlәr. 10 әsrdә әrәblәr y-a-nın şm.-ındakı kiçik xristian dövlәtlәrini vaxtaşırı özlәrinә tabe edәrәk Fransa vә İtaliya üçün tәhlükә yaradırdılar. İstәr sülh, istәrsә dә hәrb yolu ilә tutulmuş Ə.-in әsas hissәsi Xilafәtin әyalәtinә çevrildi. Ərәblәr tәkid etmәsәlәr dә, әhali tәdricәn әrәb dilini vә mәdәniyyәtini, hәmçinin islamı mәnimsәyirdi. Ərәblәr xristianları vә yәhudilәri “әhli-Kitab” hesab edirdilәr vә onlardan yalnız әlavә vergi (cizyә) tuturdular. Ərәblәrin din azadlığını qәbul etmәsi “Kitab әhli”nin Ə.-in iqtisadi vә mәdәni hәyatında fәal iştirakına şәrait yaradırdı. Xristianlar öz dinini saxlayaraq әrәbcә danışır, geyinir vә “müstәrәb” (әr. “әrәblәşmiş”) olurdular. Eyni zamanda onların dilini (romanse) әrәblәrin çoxu, xüsusilә hakimlәr vә din xadimlәri bilirdilәr. Müstәrәblәr azad şәkildә şm.-da yaşayan dindaşları ilә әlaqә saxlayırdılar, lakin 10–11 әsrlәrdә islam dininin qәbulu vә ya şm.-a köçmә nәticәsindә Ə. әhalisinin tәrkibindә onların xüsusi çәkisi aşağı düşdü (60%-dәn 20%-dәk). Ə. yәhudilәrinin dә әksәriyyәti islamı qәbul etmiş vә mәişәtdә әrәb dilini işlәdirdilәr.
Ərәb Ə.-inin tarixi bir neçә dövrә bölünür: vahid Xilafәtin (711–756), Kordova әmirliyinin (756–929), Kordova xilafәtinin (929–1031) tәrkibindә olması dövrlәri; 1031–91 illәrdә “mülük әt-tәvaif” (“tayfa mәliklәri”) dövrü; Mürabitlәr vә Müvәhhidlәr bәrbәr sülalәlәrinin (11 әsrin sonu – 13 әsrin әvvәllәrinәdәk) vә Qranada әmirlәrinin (13 әsrin 30-cu illәri – 1492) hökmranlığı dövrlәri. Kordovada әmirlik vә xilafәt dövrü Ə.-in siyasi vә iqtisadi cәhәtdәn çiçәklәnmәsi dövrü idi. Bu dövrdә Ə. şm.-dakı xristianlar vә bir hissәsi Ə.-ә tabe edilmiş Mәğribdәki rәqiblәri ilә mübarizәdә әn çox uğurlar qazanmışdı. “Mülük әt-tәvaif” dövründә mәdәniyyәtin vә incәsәnәtin xüsusi yüksәlişi baş vermişdi. Bәrbәr hökmdarlarının dövründә Ə. ona qatılmış Mәğrib üçün mәdәniyyәt mәrkәzinә çevrildi, Avropa xalqlarına Ə. irsinin ötürülmәsindә әhәmiyyәtli rol oynamış Qranada әmirliyi isә әrәblәrin Pireney y-anda son istehkamı idi.
Яндялис. Qvadalkvivir чайы цзяриндя Рома кюрпцсц. Кордова ш.
Ərәb-müsәlman mәdәniyyәtinin bir hissәsi olan Ə. mәdәniyyәti eyni zamanda özünәmәxsus xüsusiyyәtlәrә malik idi, 11–15 әsrlәrdә әrәb Şәrqinin uzunmüddәtli siyasi vә mәnәvi tәnәzzülü dövründә müstәsna rol oynamışdı. Ə.-dә müxtәlif mәdәniyyәtlәrin, dini cәrәyanların, etnosların (әrәblәr, bәrbәrlәr, yәhudilәr, “franklar”, slavyanlar, yerli iberlәr, vestqotlar vә b.) qarşılıqlı tәsiri elmin vә incәsәnәtin yüksәk inkişaf nümunәlәrini göstәrmiş sinkretik sivilizasiyanın yaranmasına gәtirib çıxardı. Ə. mәdәniyyәtinin Mәğrib vә Cәnubi Avropa üçün әhәmiyyәti Bizansın Şәrqi Avropa üçün rolu qәdәr böyükdür. Bütün Qәrbi, qismәn dә Şәrqi Aralıqdәniziyanı Ə. dilinin, әdәbiyyatının, folklorunun, musiqisinin, memarlığının, incәsәnәtinin, sәnәtkarlığının, mәtbәxinin, mәişәtinin vә adәtlәrinin tәsirinә mәruz qalmışdı. Ərәbmüsәlman dünyasında vә onun hüdudlarından kәnarda әrәb Ə. şairlәrindәn İbn Hani, İbn Əbd Rәbbih, İbn Şüheyd, İbn Zeydun, İbn Zühr, İbn Quzman, mütәfәkkirlәrdәn İbn Rüşd, İbn Tüfeyl, yazıçı vә filosoflardan İbn Hәzm, İbn әl-Ərәbi, Musa ibn Meymun, coğrafiyaçı vә sәyyahlardan әlBәkri, İbn Cübeyr, tarixçilәrdәn Razi, İbn Hәyyan, İbn әl-Xәtib, botaniklәrdәn İbn Baytar, astronomlardan әz-Zәrqali, әl-Bitruci, hәkimlәrdәn әl-Qәfәki vә b. mәşhurdur.
Яндялис. Викторийа чимярлийи. Кадис ш.
Rekonkista zamanı 1492 ildә Ə. tamamilә әrәblәrin әlindәn alınmış vә İspaniya krallığının bir hissәsi olmuşdu.
19 әsrin ikinci yarısından Ə.-dә respublika vә federalist meyillәr geniş yayılmışdı, 2-ci respublika illәrindә (1931–36) Ə.-in әhalisi muxtariyyәt uğrunda mübarizә aparırdı. 1982 ilin yanvarından İspaniyanın muxtar vil.-dir.
Яндялис. Испанийа мейданы. Севилйа ш.
Dil vә әdәbiyyat. 9 әsrin ortalarından etibarәn әrәb dili müsәlman әhalinin hamısının, hәtta qeyri-müsәlmanların da ortaq danışıq vә yazı dilinә çevrilmişdir. Ərәb dilinin yayılması ilә paralel olaraq, bu dillә bağlı tәdqiqatlar da mühüm dәrәcәdә genişlәnmişdi. Bu baxımdan әvvәlcә Şәrqdәki әsәrlәr nümunә götürülmüş, Sibәveyhinin “Əl-kitab”, İbn Qüteybәnin “Ədәb әl-katib”, Mübәrrәdin “Əl-Kamil” әsәrlәri şәrh, tәnqid vә tәhlil edilmiş, hәtta onlardan geri qalmayan orijinal әsәrlәr yazılmışdır. Əbu Əli әl-Qali, İbn әl-Qutiyyә, Əbu Bәkr әzZübeydi 10 әsrin әn tanınmış nümayәndәlәri olmuşlar. Daha sonrakı dövrlәrdә dә әrәb dili ilә bağlı tәdqiqatlar davam etmişdir. Onlardan Mәhәmmәd ibn Malik әrәb dili qrammatikasını nәzm şәklindә vә sadә bir dillә min beytlik “Əlfiyyә” (Minlik) әsәrindә qәlәmә almışdır. “Əmir-ül-mömini” adlandırılan Əbu Hәyyan isә әrәb dilindәn başqa türk, fars vә hәbәş dillәri ilә bağlı tәdqiqat da aparmışdır.
Ə. әdәbiyyatında nәsr әsәrlәrini iki qrupa ayırmaq mümkündür. Birincisi, hökmdarların başqa hökmdarlara, vil. başçılarına vә onların hökmdarlara göndәrdiklәri risalәlәrdәn, müharibәlәrlә bağlı bәdii tәrzdә tәsvirlәrdәn ibarәt idi. Bu baxımdan III Əbdürrәhmanın xәlifәliyini elan etmәsi münasibәtilә vil. başçılarına vә Şimali Afrikadakı bәzi xanәdanlara göndәrdiyi risalәlәr mәşhurdur. İkincisi isә müәllif әsәrlәri idi: İbn Əbdürәbbihin “Əl-İqdül-fәrid”, Əbu Əli әl-Qalinin “Əl-Əmali”, İbnül-Cәsurun “Əz-Zeylül-Müzәyyәl”, Əbu Bәkr әt-Turtuşinin “Sirac әl-müluk”, İbn Əbu-lHisalın “Sirac әl-әdәb”.
Ə. poeziyası üç qol üzrә inkişaf etmişdir. Bu istiqamәtlәrdәn birincisi klassik şeir nümayәndәlәrinin yaratdığı әsәrlәrdir. Şәrqә olan hәsrәt, sevgi kimi psixoloji hisslәr, tәbiәt tәsvirlәri, elәcә dә ölkәdә baş verәn daxili çәkişmәlәr, müharibә mövzusu bu şeirlәrdә geniş yer tuturdu. Əmir I Əbdürrәhman, Sәid ibn Cudi, Abbas ibn Firnas әmirlik dövrünün qabaqcıl şairlәrindәn olmuşlar. 10 әsrdә klassik şeirdә vәzn dәyişikliyi nәzәrә çarpmasa da, mәna vә üslub yenilәşmәsi baş vermiş, qadın, içki vә s. kimi qeyri-әxlaqi qәbul edilәn mövzular әvәzinә, elmi mәsәlәlәr, xәlifәlik dövrünün sonlarında isә Ə.-in maddi vә mәnәvi gözәlliklәrinin tәrәnnümü daha qabarıq mövqeyә çıxmışdır. İbn Dәrrac, İbn Şüheyd vә b. bu dövrün şairlәrindәndir. Sonrakı dövrdә isә klassik şeir hәcv, mәdh, zöhd, sәbir, kәdәr, tәbiәt, içki, qadın kimi mövzularla zәnginlәşmәyә başlamış, şairlik vәzirliyә bәrabәr tutulmuşdur. Bu dövrün әn mәşhur şairlәri Əbu İshak әl-İlbiri, İbn Zeydun, İbn Əmmar әl-Mehri, İbn әl-Lәbbanә, İbn Abdun olmuşdur. Poeziyanın digәr növü olan müvәşşahlar ilk dәfә Ə.-dә yaranmış, әsas nümayәndәlәri Müqәddәm ibn Müәfa, İbn Əbdürәbbih, İbn Baki, Mәhәmmәd ibn Əbul-Fәzl, Lisanüddin İbn әl-Xatib vә b. olmuşdur. Onların mövzuları qәsidәlәrlә eyniyyәt tәşkil etsә dә, simli musiqi alәtlәrinin müşayiәti ilә oxunmuş bu poetik örnәklәrdә sevgi mövzusuna daha geniş yer verilmişdir.
Tәsәrrüfat. Vil.-in iqtisadiyyatında sәnaye (çalışanların tәqr. 290 min nәfәri) mühüm yer tutur vә regional ÜDM-in 9,15%-i onun payına düşür. İspaniya iqtisadiyyatının 16%-ini yeyinti sәnayesi istehsalı, 10%-ini yüklәrin daşınması sәnayesi tәşkil edir [“Cruzcampo” (Heiniken Group), “Santana Motors”, “Puleva” vә s. şirkәtlәr bu sahәlәrin tәmsilçilәridir]. Vil.-dә aviasiyanın inkişafı sahәsindә mәşğulluq tәqr. 21%-dir. Mәdәnçıxarma sferasında (milli hasilatın tәqr. 20%-i) pirit (dәmir kolçedanı), mis filizlәri, qiymәtli metallar (Rio-Tinto vә Tarsus), polimetal filizlәr (Linares, La-Karolina, Penya Roja), dәmir filizi (Almeriya), dәmir (Qranada), kömür (Balmes), әhәngdaşı vә s. hasil olunur. Əlvan metallurgiya, metal emalı, maşınqayırma, hәmçinin gәmiqayırma, kimya, neft emalı vә tekstil sәnayesi inkişaf etmişdir. Sevilya, Kordova, Kadis, Malaqa vә Qranada şәhәrlәri vil.-in sәnaye vә ticarәt-nәql. mәrkәzlәridir. Ə.-dә hәmçinin xidmәt sahәsi inkişaf etmişdir; ÜDM-in 68%-i burada yaradılır, işlәyәnlәrin tәqr. 52%-i (o cümlәdәn 14%-i turizm sahәsindә) xidmәt sferası ilә bağlıdır.
Vil.-dә k.t. inkişaf etmişdir. İspaniyanın k.t. (әrazinin 46%-i becәrilir) mәhsullarının tәqr. 22%-i burada istehsal olunur vә әmәkqabiliyyәtli әhalinin tәqr. 20%-i bu sahәdә çalışır. Taxıl vә günәbaxan, әsasәn, Guadalquivir vadisi vә Qranadada (süni suvarma sistemi tәtbiq edilmәdәn), arpa vә çovdar Almeriada, Guadalkuivir vә Genildә qarğıdalı, pambıq, çәltik vә s. becәrilir. Kordova vә Xayen regionlarında suvarılan zeytun bağları k.t. mәhsulunun böyük hissәsini tәşkil edir. Geniş üzüm bağları (Jerez de la Frontera, Condad de Huelva, Montilla-Moriles vә s.) var; sitrus meyvәlәri (Guadalkuivir çayının yaxınlığında), badam (Granada vә Almeriyada), әn mәhsuldar vә rәqabәtәdavamlı meyvәlәr – çiyәlәk, moruq, qaragilә vә s. (Almeriya vә Huelva istixanalarında) yetişdirilir. Son zamanlar vil.-dә orqanik (tәbii) k.t.; әkinçilik vә ev heyvandarlığı inkişaf etdirilir vә әsasәn Avropa bazarlarına ixrac olunur. Avropa ölkәlәrindәn fәrqli olaraq “ekstensiv” heyvandarlıq (k.t. mәhsulunun 15%-ini) inkişaf etmişdir. Qaramal, qoyun (әsasәn merinos cinsi), keçi vә donuzun xüsusi “black İberian pigs” növü yetişdirilir. Meşәlәr vil.-in 50%-ni tәşkil edir. Balıqçılıq әnәnәvi sahәlәrdәndir, balıq vә balıq mәhsulları yerli mәtbәxdә mühüm yer tutur. Ə. balıqçılıq donanması İspaniyada Qalisiyadan sonra ikinci yerdәdir vә 38 portdan ibarәtdir.