ƏNDƏLİS DAĞLARI, Betika dağları – İspaniyanın c.-unda dağ sistemi. Pireney y-a-nın c.-ş. vә c. sahillәri boyunca tәqr. 630 km mәsafәdә uzanır, eni 160 km-әdәkdir. Bir neçә dağ silsilәsi vә massivindәn ibarәtdir. Hünd. 3482 m-ә (SyerraNevada silsilәsindәki Mulasen d., Pireney y-a-nda әn yüksәk) qәdәrdir. Silsilәlәr nisbәtәn iri dәrә vә çuxurlarla bölünmüşdür. Şm.-da Mezozoy-Kaynozoyun әhәngdaşından vә flişlәrindәn, c.-da Paleozoyun kristallik süxurlarından tәşkil olunmuşdur. C.-da Neogen-Dördüncü dövr vulkanizmi var. Karst xarakterikdir. Daşlı yamaclar üstünlük tәşkil edir. İqlimi Aralıq dәnizi tiplidir. Hәmişәyaşıl meşәlәr, kolluqlar, çökәkliklәrdә zeytun, sitrus plantasiyaları, üzümlüklәr vә s. var. Otlaq heyvandarlığı inkişaf etmişdir. Syerra-Nevada Milli Parkı burada yerlәşir.
Яндялис даьлары. Сйерра-Невада Милли Паркы.