ƏNDİCAN ÜSYANI (1898) – özbәk xalqının çarizmin müstәmlәkә zülmünә qarşı milli azadlıq hәrәkatı. Üsyan mayın 17-dә Əndican qәzasının Mintәpә k.-ndә başlandı. Üsyanın başçısı Mәdali işan Osmanlı sultanı ilә әlaqә yaratmışdı. Üsyan başçıları üsyanı bütün Orta Asiyaya yaymaq, әvvәlki qaydalarını bәrpa etmәk istәyirdilәr. Əsasәn, soyuq silahla silahlanmış 2 min nәfәrә yaxın üsyançının mayın 18-dә Əndican ş.-ndәki qarnizona hücumu uğursuzluqla nәticәlәndi. Hәrәkat tezliklә vә amansızlıqla yatırıldı. 383 nәfәr mühakimә olundu. Onlardan 18 nәfәri (o cümlәdәn Mәdali işan) edam olundu, qalanları katorqaya vә sürgünә göndәrildi. Üsyanın mәğlubiyyәtinin başlıca sәbәblәri kifayәt qәdәr hazırlığın olmaması idi. Lakin Ə.ü. Türküstan xalqlarının milli azadlıq hәrәkatının daha da güclәnmәsinә kömәk etdi.