ƏNDİCAN VİLAYƏTİ – Özbәkistan Resp.-nda vil. 1941 il martın 6-da tәşkil edilmişdir. Sah. 4,2 min km2. Əh. 3,0 mln. (2017). 14 tumanı (r-nu), 11 şәhәri, 5 ştq.si var. Mәrkәzi Əndican ş.-dir.
Ə.v. Fәrqanә vadisinin ş. hissәsindәdir. Vil.-in q. hissәsi yüksәk düzәnlikdir (hünd. 400–500 m). Ş.-i (Əndicandan ş.-ә) Fәrqanә vә Alay silsilәlәrinin ön dağlıq hissәsinә (adırlara) daxildir (hünd. 1540 m-dәk). Faydalı qazıntıları neft, qaz, tikinti materiallarından ibarәtdir. İqlimi kәskin kontinentaldır. Orta temp-r yanvarda –3°C, iyulda 27,3°C-dir. İllik yağıntı tәqr. 200 mm. Əsas çayı Qaradәryadır. Çaylarından suvarmada istifadә edilir. Boz, çәmәn, çәmәn-bataqlıq torpaqları yayılmışdır. Torpaqların çox hissәsi şumlanmışdır; şumlanmayan düzәnlik sahәlәrdә yovşanlı-şoranlı, adırlarda efemer-yovşan bitkilәri, dağ yamaclarında püstә, badam bitir.
İsti iqlim pambıq vә subtropik bitkilәrin yetişdirilmәsi, ipәksarıma vә bostançılığın inkişafı üçün imkan yaradır. K.t.-nda daha çox pambıqçılıq, barama istehsalı, dәnli bitkilәrin yetişdirilmәsi, bağçılıq vә üzümçülük inkişaf etmişdir.
Asaka ş.-ndә Orta Asiyanın ilk avtomobil istehsalı z-du açılmışdır. 2008 ildә yeni “General Motors Uzbekistan” müәssisәsi yaranmışdır.