Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏNƏNƏ

     ƏNƏNƏ – sosial vә mәdәni irsin nәsildәnnәslә keçәn, müәyyәn cәmiyyәt vә ya sosial qrup tәrәfindәn uzun müddәt qorunub saxlanılan ünsürlәri. Müәyyәn ictimai tәsisatlar, davranış normaları, sәrvәtlәr, ideyalar, adәtlәr, mәrasimlәr vә s. Ə. şәkli ala bilәr. Lakin Ə. daha geniş sosial hadisәlәri әhatә edir. Bütün sosial sistemlәrin müәyyәn mәnada hәyatiliyinin zәruri şәrti olan Ə. ictimai hәyatın әn müxtәlif sahәlәrinә (iqtisadiyyat, siyasәt, hüquq vә s.) xasdır. Dindә vә etnoqrafiyada Ə.-nin rolu böyükdür. Ə. әdәbiyyat, incәsәnәt, mәdәniyyәt sahәsindә  xüsusi  әhәmiyyәt  kәsb  edir (mәs., Azәrb. әdәbiyyatında Nizami, Füzuli, M.F.Axundzadә, Fransa әdәbiyyatında Balzak, ispan әdәbiyyatında Servantes Ə.lәri). Ədәbiyyat vә incәsәnәtdә köhnә әnәnәlәrin donuq şәkildә davam etdirilmәsi tәqlidçiliyә gәtirib çıxarır. Azәrb.-ın müxtәlif etnoqrafik zonalarında müәyyәn ev tiplәri, formaları vә onların müәyyәn memarlıq elementlәri formalaşaraq Ə. şәkli almışdır. Hәr bir ictimai qrup özünün hәyat tәrzinә, ideologiyasına, mәişәtinә uyğun Ə.-lәr yaradır. Ə.-nin hәyatiliyi onun yeni tarixi şәraitdә sonrakı nәsillәr tәrәfindәn inkişaf etdirilmәsindәdir. Ə.-lәrin mütәrәqqi cәhәtlәri nәsildәn-nәslә keçәrәk yaşayır, köhnәlmiş, yeni şәraitlә uyuşmayan әlamәt vә cәhәtlәri isә aradan çıxır. Ə.-nin inkişafı üçün әn başlıca şәrt sosial sәrvәtlәrin varislik yolu ilә qorunub saxlanması vә keçmiş irsә yeni tarixi şәraitdәn irәli gәlәn tәzә ünsürlәrin әlavә olunmasıdır.

    Ə.-ni kor-koranә qәbul etmәk ictimai hәyatda mühafizәkarlıq vә durğunluq yaradır. Sosial irsә etinasızlıq isә cәmiyyәt vә mәdәniyyәtin inkişafında varisliyin pozulmasına, bәşәriyyәtin qazandığı nailiyyәtlәrin itirilmәsinә gәtirib çıxara bilәr. Müasir cәmiyyәtlәrdә keçmişin mütәrәqqi sәrvәtlәrinin, әmәk, vәtәnpәrvәrlik, tolerantlıq  Ə.-sinin qorunub saxlanması vә inkişafı, yeni әnәnәlәrin yaranması mürtәce vә vaxtı keçmiş әnәnәlәrә qarşı mübarizә şәraitindә baş verir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç