Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏNƏNƏÇİLİK

    ƏNƏNƏÇİLİK – 1) yazıyaqәdәrki cәmiyyәtlәrdә dünyagörüşü xüsusiyyәti, әnәnәvi cәmiyyәtlәrdә isә әnәnәnin ideallaşdırılması vә mütlәqlәşdirilmәsindәn ibarәt rәsmi ideologiya; 2) mәdәniyyәtin vә cәmiyyәtin müasir vәziyyәtinin әleyhinә yönәlmiş, bu vәziyyәti xüsusi qurulmuş vә tarixәn ilkin kimi tәqdim edilәn ideal sosiomәdәni modeldәn uzaqlaşdığına görә tәnqid edәn sosial-fәlsәfi doktrina, yaxud ayrı-ayrı mühafizәkar-mürtәce ideyalar. İlkin әbәdi mәnbәdәn (ilk әcdad, mәdәni qәhrәman, Allah, mütlәq, ilkin әnәnә) intişar tapan maksimum sabit, hәr şeyi ehtiva edәn sakral qaydalara yüksәk dәrәcәdә maraq “Ə.” anlayışının hәr iki mәnasını birlәşdirir.

    Arxaik cәmiyyәtlәrdә irsin saxlanılması problemi dәrk olunmurdu, belә ki, o, әnәnә ilә, әnәnә isә mәrasimlә eynilәşdirilirdi. Qәdim insanların düşüncәsindә dini ayinlәrin dәyişmәzliyi ilkin zamanın silsilәli olaraq qayıdışına әsaslanan mifoloji sistemlә “zәmanәt” altına alındığından, ilk qaydanın daimi bәrpası baş verirdi. Bu cür “ibtidai Ə.”-dәn (E.Şilz) sonra “ideoloji Ə.”-in meydana gәlmәsi Orta әsrlәrin ideya cәrәyanları, elәcә dә 18 әsrin sonlarında Maarifçilik dövrü filosoflarının әnәnәvi hәqiqәtlәrә şübhә ilә yanaşması nәticәsindә baş verdi. Milli dövlәtlәrin yaranması şәraitindә urbanizasiyanın sürәtlәnmәsi, dini vә dünyәvi mәdәniyyәtin yeni qarşılıqlı fәaliyyәt sisteminin formalaşması dövründә sәnaye mәdәniyyәtinin qloballaşması sosial, iqtisadi, ideoloji sahәlәrdә köklü dәyişikliklәrin dәrkindәn doğan dünyagörüş böhranı ilә müşayiәt olunurdu. Orta әsrlәr Ə.-inin әsas mәqsәdi modernlәşәn vә buna görә dә dağınıq hala düşәn dünyanın nizama salınması idi. Bu tarixi epoxada Qәrb vә Şәrq Ə. doktrinalarının fәrqlәndirici xüsusiyyәtlәri ilk növbәdә monosentrizm vә avtoritarizm olmuşdur. Ə. prinsiplәrinә әsaslanan mәrkәzlәşmiş dövlәtin formalaşması getdikcә güclәnmәkdә olan müxtәlif sosial qrupların fövqündә duran hansısa yeganә dünya mәnbәyinin tanınması tәlәbi ilә üz-üzә qalırdı. Belә mәnbә dәyәrlәr mәrkәzi vә ali, şübhә doğurmayan nüfuz sahibi roluna iddialı idi. Bu zaman dövlәtin qanunlarında әksini tapan vә konkretlәşәn başlıca dünyadüzәni prinsiplәrinin (qaydaqanun, asayiş, harmoniya) törәtdiyi Mütlәq konsepsiyasının müxtәlif variantları model kimi çıxış edirdi. Son orta әsrlәr vә İntibah dövrlәrinin utopik adlandırılan vә gәlәcәyә istiqamәtlәnәn bir çox sosial-siyasi layihәlәri әslindә әhәmiyyәtli dәrәcәdә Ə. ideologiyasına әsaslanırdı.

    18 әsrin Ə.-i hәr hansı qayda-qanunun total pozulması hissindәn doğur vә bunun sәbәbini sәrt tәnqid etdiyi rasionalist fәlsәfәdә görürdü. 1790 ildә “Fransa inqilabı haqqında düşüncәlәr…” pamfletini yazmış, fransız maarifçilәrini bütün sosial sistemin normal fәaliyyәtinin vә qayda-qanunun әsası olan ciddi ictimai iyerarxiyanı dağıtmaqda ittiham etmiş E.Berk bu növ Ə.-in banisi idi. Berkә görә, maarifçilәrin ideyaları cәmiyyәtdә sabitliyin tәminatçısı olan sosial zümrәlәr vә fәrdlәr arasındakı әnәnәvi münasibәtlәri tez vә ya gec süquta uğradacaq vә insan tәnha vәziyyәtә düşәrәk dünya qarşısında daimi qorxu hissi keçirәcәk. L.Bonald, U.Vordsvort, S.Kolric, F.Lamanie, Novalis, F.Savini, F.Şatobrian vә b.-nın әsәrlәri dә bu ruhda idi.

    Ənәnә probleminә marağın növbәti yüksәlişi romantizm cәrәyanının öz dövrünә mәnfi reaksiyası ilә bağlı oldu. Maarifçilik dövründәki şüurlu insan tәbiәtinә әsaslanan naturalizmdәn fәrqli olaraq, romantizm insan mәdәniyyәtinin hәqiqiliyi vә universallığı ideyasına inamı diqqәt mәrkәzinә çәkirdi. Romantiklәrdә mәdәniyyәtin sakrallaşdırılması vәzifәsi mövcud tarixi şәraitә mәnfi münasibәtlәri ilә toqquşaraq, “hәqiqi” mәdәni әnәnә meyarı vә nümunәsinin mәhz keçmişdә axtarılması problemini meydana gәtirirdi. Ə. bu dövrdә mühafizәkarlıqdan fәrqli olaraq, nәinki sosial dәyişikliklәri özünün dünya mәnzәrәsindәn kәnarlaşdırmır, әksinә, insanın qarşısında bir çox mәnәvi, sosial, siyasi, iqtisadi alternativlәrin durduğunu dәrk edir, bununla әlaqәdar, insanları doğru seçimә tәhrik etmәyi “keçmiş peyğәmbәrlәr”in vәzifәsi sayırdı. Lakin әnәnәnin şübhәsiz dәyәrliliyini bәyan etmәlәrinә baxmayaraq, romantiklәr obyektiv olaraq onun dәyәrdәn düşmәsinә şәrait yaratdılar, belә ki, çoxlu әnәnәlәrin içәrisindәn әn yaxşısının seçilmәsi vә digәrlәrinin tәnqid edilmәsi vәziyyәti yaranırdı. Romantiklәrin Ə.-i әnәnәvi mәdәniyyәtin dağılmasının tipik mәhsulu idi vә bu cәhәt romantiklәrin varislәri olan 20 әsr әnәnәçilәrini (R.Genon, C.Evola M.Eliade vә b.) mәdәniyyәtin fasilәsizliyini tәmin edәn, hansısa әsl, bütün bәşәriyyәt üçün vahid Ənәnәnin fundamental әsaslarını axtarmağa sövq etdi. Keçmişin gәlәcәyә qarşı qoyulmasını onlar tarixilik ideologiyasının radikal inkarı ilә әsaslandırır, tarixin düzxәtli konsepsiyası, yaxud tәrәqqi ideyasının әvәzinә, arxaik silsilәli zaman konsepsiyasını qoymağa çalışırdılar. Yeni dövrün qlobal substansional tarixiliyi iki dünya müharibәsindәn sonra xüsusilә nüfuzdan düşdü, bu da öz növbәsindә yalnız klassik tarix fәlsәfәsinә deyil, ümumәn tarixiliyә inamsızlıq yaratdı. Fәlsәfi Ə.-in bu mәrhәlәsinin sәciyyәvi cәhәti orijinal metodoloji yanaşmalar (fәlsәfiliyin arxaiklәşdirilmәsi vә orientalizasiyası), elәcә dә Ə. tәliminin nizamlı sosial-fәlsәfi sistemә çevrilmәsi oldu. Müasir cәmiyyәtdә tarixdәnkәnar sosial qayda-qanunun bәrqәrar edilmәsinin mümkünlüyü ideyası arxaikaya qayıdışın zәruriliyi ideyasına transformasiya olundu vә bu da 19 әsr mühafizәkarlığını fәlsәfi arxaizmdәn (A.Toynbi), yaxud  inteqral  Ə.-dәn  (R.Genon)  fәrqlәndirәn tarixi mәqam idi.

    20 әsr Ə.-inin nümayәndәlәri Qәrbi Avropa fәlsәfәsinin müasir tәmayüllәri, elәcә dә Şәrqin vә Qәrbin dini, qnostik, okkult nәzәriyyәlәri ilә yaxşı tanış oldular vә onları mәdәniyyәt fәlsәfәsinin üç әsas probleminә – müasir Avropa sivilizasiyasının böhranı, mәdәni-tarixi әnәnәnin mühafizәkar-normativ vәzifәsinin rolu, “yeni metafizika”nın vә antirasional, antihumanist antropologiyanın әsaslarının yaradılması mәsәlәlәrini tәtbiq etmәklә yenidәn işlәdilәr. Onlara görә, destruktiv kәmiyyәt qüvvәlәrinin artması vә obyektiv qanunauyğunluq sәbәbindәn hәrәkәt hәmişә tәnәzzülә aparır. Dünya nә vaxtsa öz hәrәkәtinә başlayaraq deqradasiyaya uğramaqdadır, ona görә bәşәriyyәtin inkişafı prosesi “maddilәşmә”nin durmadan artması vә nәticәdә tәbii-sosial kataklizmlәrin baş vermәsi ilә müşayiәt olunur. Dünya hәrәkәtinin mәqsәdi Kali-yuqa (“zülmәt epoxası”), yәni müasir dünyadır (“viranәlik”). Hәyat müddәtinin durmadan azalması, mәnәvi dәyәrlәrin dağılması, ağlın kasadlaşması, rasionalizm, fәrdiçilik vә demokratiyanın tәntәnәsi sonda tam süqutla nәticәlәnәcәk. Bu nәzәriyyәnin әsasında tarixin axınından çıxmaq problematikası tәşәkkül tapır, әnәnәçi elitanın vә әnәnәvi irsin qorunub saxlanması mәsәlәlәri “köklәrә qayıdış” modeli çәrçivәsindә nәzәrdәn keçirilirdi. Hәyatın, hәqiqәtin, qaydanın vә s. mәnbәyi primordial (ilkin) Ənәnә, onun tarixi formaları isә Şәrqin vә Qәrbin ortodoksal dini әnәnәlәri hesab edilirdi.

    Ə.-in bәzi nümayәndәlәrinin İkinci dünya müharibәsi illәrindә faşist ideologiyasına yaxınlığı ilә özlәrini nüfuzdan salması bu dünyagörüşü marjinal tәfәkkür mәktәbinә çevirsә dә, 1970-ci illәrdәn sonra o yenә diqqәt mәrkәzinә gәldi. İrqi vә milli ayrı-seçkilik tәrәfdarları olan yaradıcı ziyalılar, mühafizәkarlıq vә fundamentalizm ideoloqları, Fransada “yeni sağlar” fәlsәfәsinin, Rusiyada isә avroasiyaçıların bәzi nümayәndәlәri Ə.-ә Qәrb mәdәniyyәtinin “liberal humanizm”ini tәnqid etmәk üçün nәzәri әsas kimi yanaşırlar.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç