ƏNGİNAR, a r t i ş o k (Cynara) – astrakimilәr (mürәkkәbçiçәklilәr) fәsilәsindәn çox illik ot bitkisi. Tәrәvәz, yem vә dekorativ bitkidir. Yarpaqları iri vә lәlәkvarı bölümlüdür. Gövdәsi 2 m-әdәk hünd.-dә dәyişir, çiçәk qrupu ilә tamamlanır. Çiçәklәri ağımtıldan bәnövşәyi-mavi rәngәdәk olub, әtli çiçәk yatağı vә iri qın yarpaqlı çiçәk qrupunda (sәbәt) toplanır. Əkildikdәn 2 il sonra çiçәklәyir. Toxumlar yetişdikdәn sonra yerüstü hissәsi quruyur. Bu bitki hәlә Qәdim Yunanıstanda vә Romada mәlum idi. Aralıq dәnizi ölkәlәrindә 12-yә qәdәr növü yayılmışdır. Əsas becәrilәn növlәri tikanlı, yaxud әkin Ə.-ı (C. scolymus) vә İspaniya Ə.-ı, yaxud kardondur (C. cardunculus). Azәrb.-da 2 növü – әkilәn Ə. vә İspaniya Ə.-ı Abşeronda, Şamaxıda vә Lәnkәranda becәrilir. İsti vә işıqsevәn bitkidir, münbit torpaqlara çox tәlәbkardır. –3°C-yәdәk şaxtaya dözümlüdür. Çiçәk yatağı vә qınının üst pulcuqlarının oturacaqları (kardonun yarpaq saplaqları da) çiy, bişirilmiş, yaxud konservlәşdirilmiş halda yeyilir. Delikatesdir. Bitkinin bütün hissәlәri qiymәtlidir, tәrәvәz, qida, yem, dәrman kimi istifadә edilir. Tәrkibi zülal, karbohidrat, karotin, şәkәr, vitaminlәr (B1, B2 vә s.), mikro vә makroelementlәr, aromatik maddәlәr, öd vә sidikqovucu tәsirli sinarin vә digәr maddәlәrlә zәngindir. Çiçәklәdikdәn sonra qida üçün yararsızdır. Ə.-ı heyvanlar yaxşı yeyir. Toxumunun tәrkibindә 30%-ә dәk yağ olduğundan quşlar üçün yaxşı yemdir. Vegetativ yolla vә toxumla çoxaldılır. Boyaq vә lif almaq üçün dә istifadә edilir. Ödqovucu kimi, qara ciyәr xәstәliklәrinә, xolesterinә, şәkәrli diabetә qarşı faydalıdır. Balverәn vә dekorativ bitkidir.
Tikanlı әкин янэинары (Ъynara scolymus).