ƏNNAĞIYEV Mürşüd Xanvәli oğlu (15.5.1934, Erm. SSR, Sisyan r-nunun Ağdü k. – 12.12.2010, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1992), prof. (2004). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1959). 1967–78 illәrdә Azәrb. SSR EA Qeyri-Üzvi vә Fiziki Kimya İn-tunda (indiki M.F.Nağıyev ad. Kataliz vә Qeyri-Üzvi Kimya İn-tu) müxtәlif vәzifәlәrdә çalışmış, laboratoriya (1978–85) vә sektor müdiri (1985 ildәn) işlәmişdir. Tәdqiqatları alümosilikat adsorbentlәrin adsorbsiya vә digәr fiziki-kimyәvi xassәlәrinin öyrәnilmәsi sahәsindәdir. 180-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti olmuşdur.