ƏNSAR (әr. – kömәkçi sözünün cәmi) – Yәsribin (indiki Mәdinә) hicrәtdәn (622) qabaq islamı qәbul etmiş Övs vә Xәzrәc qәbilәlәrinә mәnsub müsәlman әhalisinin ümumi adı. Quranda mühacirlәrlә yanaşı 2 dәfә xatırlanır (9: 100, 117). Ə. 621 vә 622 illәrdә Mәhәmmәd peyğәmbәrlә islam qanunlarına әmәl edәcәklәri vә peyğәmbәri qoruyacaqları barәdә “Əqәbә әhdi” kimi tanınan iki saziş bağlamış, hicrәtdәn sonra peyğәmbәr yanında xüsusi nüfuz qazanmışdı. Özünü rәhbәrliyә daha layiq bilәn Ə. peyğәmbәrin vәfatından dәrhal sonra namizәdini irәli sürsә dә, Övs vә Xәzrәc arasındakı narazılığa görә vahid cәbhә yarada bilmәdi. Əbu Bәkrә beyәt etdikdәn sonra bir daha hakimiyyәt iddiası etmәdi. İlk 4 xәlifәnin dövründә sülh şәraitindә yaşamış vә xilafәtin hәyatında mühüm rol oynamış Ə. әmәvilәrin tәqib vә tәhdidlәri ilә üzlәşdi. Əmәvilәrә qarşı çıxan Ə.-ın adı ilә bağlı sonuncu mühüm tarixi hadisә 683 ildә baş verәn, Hirrә faciәsi kimi tanınan qiyamdır. Müaviyә tәrәfindәn amansızcasına yatırılan vә Ə.-dan 200-dәk şәxsin öldürüldüyü qiyam nәticәsindә onların xilafәtin hәyatındakı roluna son qoyuldu.