ƏNSARİ Xacә Abdullah (), Əbu İsmayıl Abdullah ibn Mәhәmmәd әl-Ənsari әl-Hәrәvi (4.5.1006, Herat, Kohәndej – 8.3.1089, Herat) – sufi mütәfәkkir, şair. Nişapur, Tus, Bistam vә Bağdadda oxumuşdur. Baba Kuhinin dәrslәrindә iştirak etmiş, Əbu Sәid Əbülxeyr vә Əbül-Hәsәn Xәrәqani ilә görüşüb onlardan tәsirlәnmişdir. Mötәzilә vә әşәriyyә ardıcılları ilә polemikalara girmiş, sәrttәn qidlәrinә görә şikayәtlәr әsasında hәbs olunmuş, sürgün edilmişdir. Abbasi xәlifәsi Qaim onu mükafatlandırdıqdan sonra şöhrәti artmışdır. Xәlifә Müqtәdi ona “Şeyxül-islam” adını vermişdir. Ə., Herat yaxınlığında Gazürgahda dәfn olunmuşdur. Mәzarı üzәrindәki hazırkı türbәni 1426 ildә Şahrux inşa etdirmişdir. Ə. ilahiyyat elmlәrindә әqli mühakimә metoduna qarşı çıxır, bir çox sufilәrdә uzlaşmayan şәriәt vә hәqiqәti bir-birindәn ayırmırdı. Ə.-yә görә, tәsәvvüf yalnız Quran vә sünnәnin daha dәrin anlaşılması vә onların davamıdır. Ərәb vә fars dillәrindә, әsasәn, qafiyәli nәsrlә (müsәccә) yazmış Ə.-nin әn mәşhur әsәri “Mәnazilüs-sairin” (“Yol gedәnlәrin mәnzillәri”) müridlәr üçün qısa tәlimat xarakteri daşıyır. “Zәmmül-kәlam vә әhlihi” (“Kәlam elmi vә onun ardıcıllarının tәnqidi”), “Kәnzüs-salikin” (“Yol gedәnlәrin xәzinәsi”), “Sәd meydan” (“Yüz mәnzil”), “Mәhәbbәtnamә”, “Dilü can” (“Qәlb vә can”) vә s. әsәrlәri var. Ə.-nin müxtәlif әsәrlәrindәn “Münacat” adı altında toplanmış dua vә münacatlar tәsәvvüf әdәbiyyatının mühüm qaynağına çevrilmiş, Sәnai, Əttar, Rumi, Cami vә b.-nın ilham mәnbәyi olmuşdur. “Tәbәqatüs-sufiyyә” (“Sufilәrin dәrәcәlәri”) Sülәminin eyniadlı әsәrinin әlavәlәrlә farscaya tәrcümәsidir. Əsәrdә Azәrb. mütәfәkkirlәri Əbül-Abbas Bәrdәi, Əbül-Hәsәn Urmәvi, Əbu Abdullah Bakuvi vә b. haqqında da mәlumat verilir. Ə.-nin rübailәri müxtәlif mәnbәlәrdәn toplanaraq çap olunmuşdur (Tehran, 1982). “Münacat”ın әlyazma nüsxәsi AMEA M.Füzuli ad. Əlyazmalar İn-tunda saxlanılır.