ƏNTƏRLƏR (Cercopithecus) – әntәrmeymunlar fәsilәsindәn (әntәrkimilәr) meymun cinsi. Fәsilәnin әn kiçikölçülü nümayәndәlәri. Bәdәninin uz. 32–70 sm, kütlәsi 2–12 kq-dır. Quyruğu uzundur (50–100 sm); cavan heyvanlar quyruqdan tutqac kimi, yaşlıları tullanma zamanı tarazlığı saxlamaq üçün istifadә edirlәr. Ətrafları nazik, uzunsovdur. Bәdәninin üst tәrәfi boz, sarı, sarı-yaşıl, bәzi növlәrindә kürәyi vә arxa әtrafları qonur lәkәli, yaxud tamamilә qonur, alt tәrәfi isә açıq vә ya tünd-bozdur. Sifәti tünd rәngli olub, adәtәn, açıq rәngli tüklәrdәn ibarәt yaxalıqla әhatәlәnmişdir. Mavisifәt Ə.-in (C. cephus) üz dәrisi göy, yaxud bәnövşәyidir; bәzi yarımnövlәrdә burun vә qulaqlar qırmızı, yanaqlar sarı, digәr yarımnövlәrdә tәmiz ağ (dümağ) saqqal, başlarında qara tüklәrdәn “papaq” olur. Ek va torial vә Cәnubi Afrikada 25 növü yayılmışdır. Daha çox su mәnbәlәri yaxınlığında, meşәlәrdә vә savannalarda mәskunlaşırlar; mona (C. mona) manqr cәngәlliklәrindә yaşayır. Sәhәr vә axşamlar fәal olur. Bәzi növlәri, demәk olar ki, çox vaxt ağaclarda yaşayır, digәrlәri yem üçün yerә düşürlәr. Əsasәn, bitkilәrin meyvә, toxum vә yarpaqları ilә, bәzәn dә xırda heyvanlarla qidalanır, plantasiyalara zәrәr vururlar. Yaşlı erkәk Ə. dişilәrdәn vә balalardan ibarәt qruplar (30–35 fәrdә qәdәr) yaradırlar. Cavan erkәk fәrdlәr ayrıca vә kiçik qruplarla yaşayır. Boğazlıq dövrü 4,7 aydan 7 ayadәk olur. Adәtәn, 1 bala doğulur. Əvvәllәr yaşıl Ə. (indi Chlorocebus cinci), qusar Ə.-i (Erythrocebus cinsi) vә cırtdan Ə. (Miopithecus) bu cinsә aid edilirdi.
Мависифят янтяр (Ъercopithecus cephus).