Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏNVƏR PAŞA

    ƏNVƏR PAŞA, İ s m a y ı l  Ə n v ә r, K i l l i g i l (22.11.1881, İstanbul – 4.8.1922, indiki Tac., Çegen k.) – Türkiyә hәrbi vә siyasi xadimi. “Gәnc türklәr” inqilabının (1908) iştirakçısı, “Triumvirat”ın (Ə.p., Tәlәt paşa, Camal paşa) әn nüfuzlu üzvü, 1918 ildә ermәni daşnakların soyqırımına mәruz qalmış Azәrb. xalqına hәrbi yardım göstәrilmәsinin әsas tәşkilatçılarından biridir. Hәrbi tәhsilini İstanbulda başa vuran Ə.p. 1903 ildә kapitan, 1907 ildә mayor, 1913 ildә podpolkovnik, 1914 ildә polkovnik, elә hәmin ildә – 34 yaşında gen.-m., 1916 ildә isә gen.-l. rütbәsi almışdı. Osmanlı ordusunun baş qәrargah rәisi (1914), baş komandanın müavini (1915), sultanın xüsusi yavәri (1916), hәrbi nazir (1917) vә baş komandan müavini olmuşdur. “İttihad vә tәrәqqi” partiyasının liderlәrindәn biri, türk xalqlarının mәnәvi-siyasi birliyi ideyasının – turançılığın fәal tәrәfdarlarından idi. Birinci dünya müharibәsi (1914–18) zamanı Böyük Turan imperiyası yaratmaq ideyasını irәli sürmüşdür. Fevral inqilabından (1917) sonra Rusiya әrazisindәki türk xalqlarınınmilli azadlıq hәrәkatının güclәnmәsi, Ə.p.-da turançılıq ideyalarının reallaşmasına ümidi artırdı. Ə.p. ilk vaxtlar qardaşı Nuru paşanın rәhbәrliyi ilә Tehranda xüsusi bir qurum yaratmaq vә hәmin qurum vasitәsilә Azәrb., Dağ., Türküstan vә hәtta Əfqanıstanda cәrәyan edәn hadisәlәrә fәal tәsir göstәrmәk niyyәtindә idi. Bu planı bütünlükdә reallaşdıra bilmәsә dә, Qafqaz İslam Ordusunun yaradılması ilә Azәrb. vә Dağ.-dakı milli azadlıq hәrәkatını dәstәklәmәyә müvәffәq oldu. 1918 ilin әvvәllәrindә N.Şeyxza manlının başçılığı ilә Azәrb.-dan gәlmiş nümayәndә heyәti ilә görüşdükdәn sonra Ə.p. qәti olaraq Azәrb. türklәrinә yardım etmәk qәrarına gәldi. Nuru paşanı Qafqaz İslam Ordusunun komandanı, yaxın qohumu Xәlil paşanı isә Qafqaz İslam ordusunun struktur baxımından tabe olduğu Şәrq ordular qrupunun komandanı tәyin etdi. 1918 il aprelin 5-dә Qafqaz İslam Ordusunun tәşkili prinsiplәri vә onun qarşısında duran vәzifәlәri konkret olaraq müәyyәnlәşdirәn tәlimnamәni tәsdiqlәdi. Bakı Soveti qoşunlarının Gәncә istiqamәtindә başladıqları hücum әmәliyyatının qarşısını almaq üçün yerli qüvvәlәrdәn qısa müddәtdә güclü ordu yaratmağın mümkün olmayacağını anlayan Nuru paşa Ə.p.-ya әla vә qüvvә göndәrmәsi üçün müraciәt etdi. 1918 il iyunun 4-dә Batumda AXC ilә Osmanlı dövlәti arasında imzalanan müqavilәdәn sonra Ə.p. Azәrb.-a hәrbi qüvvәlәr göndәrilmәsinә dair göstәriş verdi. Bu hadisә Osmanlı dövlәtinin müttәfiqi Almaniyanın ciddi narazılığına sәbәb oldu. Almaniyanın tәlәbinә görә, türk hәrbi hissәlәri Bakıya doğru hücumu dayandırmalı vә geri çәkilmәli idi. Əks tәqdirdә, türk ordusunda xidmәt edәn alman zabitlәri geri çağırılacaq vә Almaniya türk hәrbi hissәlәri nin Bakıya doğru irәlilәmәsinin qarşısını almaq üçün konkret tәdbirlәr hәyata keçirilә cәkdi. Ə.p. alman zabitlәrinin diqqәtini Bakını azad etmәk әmәliyyatından yayındırmaq üçün, rәsmi olaraq, 1918 il avqustun 4-dә Nuru paşaya hücumu dayandırmaq haqqında mәktub göndәrdi. Eyni zamanda Nuru paşanın yanına şәxsi nümayәndәsini göndәrәrәk rәsmi mәktuba әhәmiyyәt vermәdәn Bakının azad olunmasını tezliklә başa çatdırmasını tapşırdı. Ə.p. 15-ci türk diviziyasının da Azәrb.-a göndәrilmәsinә nail oldu. Bakı azad edildikdәn (1918, 15 sentyabr) sonra şәhәrin dәnizdәn mühafizәsinin güclәndirilmәsi vә bütünlükdә Azәrb. milli hәrbi qüvvәlәrinin möhkәmlәndirilmәsi üçün 1918 ilin oktyabrında Ə.p.-nın әmri ilә Azәrb.-a çoxlu silah vә sursat göndәrildi. Birinci dünya müharibәsindәn mәğlub ayrılan Osmanlı hökumәti istefa vermәk mәcburiyyәtindә qaldıqda, Ə.p. Azәrb.-a gәlmәk vә ölkәnin müstәqilliyinin möhkәmlәndirilmәsinә xidmәt göstәrmәk niyyәtindә idi. Mudros barışığı (1918) imzalandıqdan sonra 1918 il noyabrın 8-dә Ə.p. hökumәtin bir neçә üzvü ilә Azәrb.-a gәlmәk üçün gizlicә Türkiyәni tәrk etdi. Alman gәmisi ilә Krıma gәlәn Ə.p. Şimali Qafqazda hәrbi şәraitin kәskinlәşmәsi sәbәbindәn Azәrb.-a gәlә bilmәdi vә Moskvaya getdi. Burada “İslam ihtilal cәmiyyәtlәri ittihadı”nı yaratdı. Bu cәmiyyәtin nümayәndәsi kimi 1920 il sentyabrın 1–7-dә Bakıda keçirilәn Şәrq xalqlarının qurultayında iştirak etdi. Türk kommunistlәrinin tәlәbi ilә onun çıxışına imkan verilmәdikdә, Zinovyevin tәklifi ilә Ə.p.-nın çıxışının mәtni bolşevik Ostrovski tәrәfindәn oxundu. 1922 ildә yenidәn Bakıya gәldi, lakin bolşeviklәrlә әmәkdaşlıq onun әqidәsinә zidd olduğundan buradan Türküstana keçdi. Türküstanda basmaçılıq hәrәkatına qoşuldu. 1922 il avqustun 4-dә indiki Tacikistan әrazisindә, Abi-Dәrya çayı kәnarında bolşeviklәrә qarşı döyüşdә hәlak oldu. 1996 ildә cәnazәsi İstanbula gәtirilәrәk dәfn edildi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç